Cəmiyyət

Bu zolağa girən sürücülər cərimə olunacaq - DİQQƏT - VİDEO

15 Mart 2017 22:33
4 Şərh     Baxış: 3 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda marşrut avtobusları xüsusi zolaqla hərəkət edəcək. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatdan istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə küçə və prospektlərdə yalnız sərnişin avtobuslarının hərəkət etməsi üçün xüsusi hərəkət zolaqlarının çəkilməsinə və müvafiq nişanları yerləşdirməyə başlayıb. Yasamal rayonu Məmməd Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsindən başlayan işlər ilkin mərhələdə paytaxtın 9 küçə və prospektində aparılacaq. Bunlar Babək, Xocalı, Nobel, Gəncə prospektləri, Mikayşl Hüseynov, Əhməd Rəcəbli, Mikayıl Əliyev və Yusif Səfərov küçələridir.

Zolaq boyunca yerləşən yaşayış məntəqələrində yaşayan sakinlər üçün xüsusi nişanlar qoyulacaq ki, həmin yerlərdən sakinlər məhəllələrinə daxil ola biləcəklər.
Yola dayanma və durma qadağandır, eləcə də avtobus dayanacağının olduğunu bildirən nişan qoyulub. Bu zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri cərimə olunacaq. Avtobus sürücülərin isə xüsusi zolaqdan kənarda hərəkət edərsə 40 manat cərimə ediləcək.

Ancaq xüsusi zolaq ayrılıdıqdan və müvafiq yol nişanı qoyulmasından bir neçə saat keçməsinə baxmayaraq bəzi sürücülərin qayda pozmasının şahidi olduq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu zolağa girən sürücülər cərimə olunacaq - DİQQƏT

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.