Cəmiyyət

Füzulidə raket mühərrikinin alışdırıcısı aşkarlandı - FOTO

14 Mart 2017 22:12
0 Şərh     Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən Füzuli rayonunun Böyük Bəhmənli kəndində bir əkin sahəsinə baxış keçirilib. Baxış nəticəsində "9M22U" raketinin mühərrikinin alışdırıcısı (9X227) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, 800 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan Milli.Az-a bildiriblər ki, yanvarın 1-dən martın 14-dək agentlik tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində ümumilikdə 6 otlaq sahəsinə, 4 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Nəticədə 1989 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 6 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 150 min 77 kvadratmetr ərazi (458 min 617 kvadratmetr əl ilə, 288,5 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr ərazi SENSYS dərinlik ölçən cihazı, 289 min 960 kvadratmetr ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.