Cəmiyyət

Avtomobilin cəriməsi var, ancaq məbləği bilinmir

14 Mart 2017 21:12
0 Şərh     Baxış: 6 154

Goranboyda bir nəfər avtomobil aldıqdan sonra məlum olub ki, keçmiş sahibindən qalmış cəriməsi var. O, cəriməni ödəyib avtomobili adına keçirmək istəyir. Lakin cərimənin neçə manat olduğu barədə məlumat yoxdur. İndi o nə cəriməni ödəyə, nə də avtomobili öz adına keçirə bilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, avtomobilin cəriməsi var, ancaq məbləği bilinmir. Vətəndaş aldığı avtomobili naməlum cərimə ucbatından adına keçirə bilmir.
Goranboyun Qaradağlı kənd sakini Elməddin Məmmədov 2017-ci ilin yanvar ayında Gəncədə məskunlaşan Kəlbəcərli məcburi köçkündən avtomobil alıb. Etibarnamə ilə aldığı maşını öz adına sənədləşdirmək istəyəndə isə ona bildirilib ki, 3 il əvvəl avtomobil radara düşüb.
Goranboy sakini ödəməyə getdikdə isə ona cərimənin məbləğinin məlum olmadığı bildirilib.
Məbləğ bildirilmədiyindən Elməddin Məmmədov cəriməni ödəyə bilmir. Bu isə avtomobili öz adına keçirməsinə mane olur. Məsələ ilə bağlı o, Baş Dövlət Yol Polisinə yazılı müraciət də edib. Hazırda avtomobili sənədləşdirməyə və idarə etməyə çətinlik çəkən rayon sakini problemin həll edilməsini istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.