Cəmiyyət

Əshabi Rəqim kimlərdir?

16 Mart 2017 22:40
0 Şərh     Baxış: 1 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quran buyurur: "Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır)". ("Kəhf" 9).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Rəqim səhabələri ilə bağlı nəzər ayrılıqları vardır. Bəzilərinin nəzərinə görə Rəqim o dağın adıdır ki, Kəhf səhabələri orada olmuşdur.
Bəziləri deyir ki, Rəqim o kəndin adıdır ki, Kəhf səhabələri oradan xaric olmuşdular. Bəziləriin nəzərinə görə Rəqim - daş lövhənin adıdır ki, Kəhf səhabələrinin əhvalatı oraya yazılmışdır. Bəzilərinin nəzərinə görə Rəqim kitab adıdır. (Askdin saytı)
Bəzilərinin nəzərinə görə isə Rəqim o səhabələrdir ki, üç abid olmuşdular və evlərindən xaric olmuşdular. "Məhasini Bərqi" kitabında oxuyuruq ki, Həzrət Peyğəmbər (s) bu haqda buyurub: "Üç nəfər abid öz evindən çıxdı və dağları, dərələri seyr etməyə başladı. Dağın başında olan mağaraya getdilər və ibadətlə məşğul oldular. Qəflətən böyük bir daş parçası dağın başından düşdü və mağaranın yolunu tamamilə bağladı. Bu üç nəfər mağaranın içində qaranlıqda qaldılar. Onlar qaranlıqdan bir-birini görə bilmirdilər.
Özlərini bu vəziyyətdə görəndə danışmağa başladılar. Onlardan biri dedi: "Heç bir nicat yolumuz yoxdur, məgər o halda ki, xalis əməlimizi Allah dərgahında şəfaətçi edək. Biz günahlarımıza görə burada həbs olunmuşuq. Gərək xalis əməlimizə görə nicat tapaq".
Bu təklifi hamı qəbul etdi. Onlardan biri dedi: "Allahım, bilirsən ki, mən bir gözəl qadına aldandım, ancaq Səni yadıma saldım və pis niyyətimdən çəkindim. Bu əməlimə görə daşı buradan qaldır". Bu duadan sonra daş bir qədər tərpəndi və içəriyə işıq şüası girməyə başladı.
İkincisi dedi: "Allahım, Sən bilirsən ki, bir dəstə insanı tarlamda işləmək üçün tutmuşdum. Hər gün onlara yarım dirhəm pul verirdim. Onlardan biri mənə dedi: "Mən iki insanın işini görmüşəm, ona görə də bir dirhəmdən azını götürməyəcəyəm". O, pulu götürmür və gedir. Mən onun bu yarım dirhəmi ilə əkinçilik etdim və çox sayda qazanc əldə etdim. O işçi bir gün gəlib yarım dirhəmini məndən istədi. Mən hesablayıb gördüm ki, onun yarım dirhəmi mənə on min dirhəm qazandırmışdır və onun hamısını həmin işçiyə verdim. Bu işi Sənin məqamının qorxusundan yerinə yetirdim. Əgər mənim bu işimi bilirsənsə, ona görə bu daşı qaldır". Bu duadan sonra daş bir qədər də tərpəndi, ancaq mağaradan çıxmaq olmurdu.
Üçüncü abid dedi: "Allahım, Sən bilirsən ki, bir gün atam və anam üçün süd aparmışdım və onlar yatmışdılar. Qorxdum ki, bu südün içərisinə həşərat düşər, onları da oyatmaq istəmədim. Ona görə də gözlədim ki, yuxudan ayılsınlar. Onlar durdular və bu süddən içdilər. Əgər bu əməlim Sənin rizanı cəlb etmək üçün olubdursa, bu daşı qaldır". Bu zaman daş şiddətlə tərpəndi və kənara çəkildi. Onlar da mağaradan rahat şəkildə çıxa bildilər və nicat tapdılar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.