Cəmiyyət

Ayətullah Qazi yoxsula belə kömək edirdi

16 Mart 2017 21:40
2 Şərh     Baxış: 414

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tələbələrdən biri nəql edir: "Bir gün tərəvəz dükanına getmişdim və mərhum Qazini gördüm ki, əyilib kahu seçir. Kahuları seçən zaman iri yarpaqlı və kobud olanları seçirdi. O, kahuların pulunu verib, onları əbasının altında gizlətdi və yoluna davam etdi.

Mən o zamanlar cavan tələbə idim və mərhum Qazi isə yaşlı və ahıl çağına çatmışdı. Onun ardınca gedib dedim: "Ağa, mənim sualım vardır. Siz niyə hamının əksinə olaraq, kobud yarpaqlı kahuları aldınız?".
Mərhum Qazi buyurdu: "Ağacan, bu satıcı yoxsul adamdır. Mən də bəzən ona yardım edirəm. İstəmirəm ki, ona əvəzsiz bir şey verəm. Birincisi, onun izzət və abrını aradan aparar, ikincisi isə Allah eləməsin, adət edər ki, əvəzsiz alsın. Satış işlərində zəifləsin.
Bizim üçün fərqi yoxdur ki, lətif yarpaqları olan kahu alaq, yoxsa kobud və qalın. Mən bilirəm ki, bu kahuları alan olmayacaqdır.
Dükanını bağlayan zaman bu kahuları bayıra tökəcəkdir. Xəsarətin və ziyanın qarşısını almaq üçün bunları satın aldım".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Elik lg · 17 Mart 05:5400

    Halal olsun senin kimi insanlara.

    Cavab yaz
  • Anonim
    Ali can · 17 Mart 09:2100

    Əgər Qazi yaşayırsa Uca Allah ona can sağlığı versin, əgən O dünyadan köçübsə Allah ona rəhmət eləsin. Bu nümünə səxavət və mərhəmətin ən uca məqamıdır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.