Cəmiyyət

Diş ağrıları və onun baş vermə səbəbləri

16 Mart 2017 22:10
0 Şərh     Baxış: 2 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəskin diş ağrıları insanı ən çox narahat edən ağrılardandır.Diş ağrıları gülərkən,yemək yeyərkən,yatarkən,baş döndərərkən belə başlaya bilir və insanın həyatını cəhənnəmə döndərir.Diş ağrıları hətta ağıza soyuq hava girərkən belə ağraya bilir.
Diş ağrıları daimi və fasiləli olmaqla iki növə ayrılır.Fasiləli baş verən diş ağrıları karies və dentin təbəqəsinin zədələnməsi səbəbli dişlərin həssaslaşması səbəbindən baş verir.Ağrının baş vermə səbəbini isə həkim dəqiqləşdirilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, daimi diş ağrıları isə dişlərdə olan patoloji prosesin daha da ağır olmasını bildirir.Bu zaman müxtəlif vasitələrlə diş ağrısını aradan qaldırmaq işin xeyrinə deyil,zərərinə olur.Yəni,diş ağrısını ağrıkəsicilərlə sakitləşdirmək düzgün deyil.Bu zaman siz diaqnozun dəqiqləşməsini və müalicəni gecişdirərək diş və diş ətində olan xəstəliklərin daha da kəskinləşməsinə səbəb olursunuz.
Diş ağrılarının daimi olması dişi və dişətrafı toxumanı qidalandıran sinirin zədələnməsi səbəbindən baş verir.Bu zaman diş ağrıları qəflətən başlayır və onu sakitləşdirmək mümkün olmur.Dişin siniri məhv olmağa başladıqdan qurtarana qədər ağrayır və diş dibində ciddi xəstəliklərə səbəb olur(abses,fleqmona,osteomielit).
Dişlərdə ağrının baş verməsi aşağıdakı səbəblərdən baş verir:
* infeksiya səbəbli dişdə əmələ gələn kariesdən
* dişin dentin təbəqəsinin həssaslaşmasından
* dişlərdə çatlar olduğu zaman
* düzgün müalicə edilmədikdə
* pulpit baş verdikdə
* parodontit zamanı 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.