Cəmiyyət

Qarın əzələlərinin tonusunun zəifləməsi

16 Mart 2017 21:15
0 Şərh     Baxış: 805

Qarın əzələlərinin tonusdan düşməsi klimakteriya öncəsi və klimakteriya zamanı əksər insanlarda baş verir.Əzələlərin tonusunun azalması maddələr mübadiləsinin və daxili sekresiya vəzilərinin pozulması zamanı baş verir.Qarın əzələlərində tonusun azalması özünü qarın və kürək əzələlərinin boşalması və sallanması ilə göstərir.Bu zaman insanın fiqurasında dəyişikliklər baş verir,bel bükülür,çiyinlər irəli doğru əyilir,boy balacalanır,kürək hissə dairəvi şəkildə əyilir.Qarın əzələlərinin tonusunun zəifləməsi zamanı insanıın yerişi həmişəkindən ləng olur,hər addım atdıqda ayağı tərpətmək üçün güc tərtib etmək lazım gəlir.Belə adamların yerişi ağır-ağır olur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, qarın bölgəsinin əzələləri öz tonusunu itirdiyi zaman qarın boşluğu üzvlərinin də funksiyalarında dəyişikliklər baş verir.Bu zaman bağırsaqlarda köp və qaz əmələ gəlir, mədə qıcqırması, qəbizlik baş verir. Xəstə yatmağa uzandıqda qarnında yırğalanma hiss edir. Belə adamların qəbul elədiyi qida bağırsaqlarda ləngiyib gec həzmə getdiyi üçün zülalların parçalanması prosesi öz funksiyasının pozur. Bu zaman orqanizmdə intoksikasiya başlayır,xəstə özünü pis hiss edir,xəstədə aşağıdakı əlamətlər meydana çıxır:
- baş ağrıları
- ağırlıq hissi
- yorğunluq
- yaddaş zəifliyi
Xəstədə uzunmüddətli qəbizlik baş verərsə bağırsaqların peristaltikası pozulur,bağırsaqlarda genəlmələr baş verir.
Xəstəlik həm kişilərdə, həm də qadınlarda baş verə bilir. Qadınlarda qarın əzələlərini tonusunun itməsi daha ağır formada özünü göstərir. Belə ki, qadınlarda çanaq boşluğu orqanlarının əzələləri də öz tonusunu itirdiyinə görə uşaqlıqda sallanma, sidik saxlaya bilməmək kimi əlamətlər özünü gəstərir.
Qarın əzələlərinin tonusunun zəifləməsi zamanı kişilərdə qarın tipli piylənmə əmələ gəldiyi üçün kişilərdə cinsi zəiflik meydana gəlir.
Qarın əzələlərini tonusu aşağı düşdüyü zaman bəzi prosedurlara əməl eləmək lazımdır:
1. Səhər gimnastikası
2. Xüsusi fiziki çalışmalar
3. Qida rasionuna əməl etmək
4. Gün ərzində 1-3 saat piyada gəzmək
5. Aktiv həyat tərzi
6. İdmanla məşğul olmaq
7. Massaj etmək
8. Su prosedurları 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.