Cəmiyyət

"Nəfəsim kəsildi, özümü itirdim" - Dəhşətli qəzada yaralananlar danışdılar - VİDEO - FOTO

10 Mart 2017 13:16
6 Şərh     Baxış: 6 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan tələbələr hadisənin necə baş verməsindən danışıblar.

Milli.Az ARB TV-yə istinadən xəbər verib ki, yaralılar çox qorxduqlarını və hadisənin bir anın içində baş verdiyini dilə gətiriblər.

Xəsarət alan qız: "Arxa pəncərə tərəfdə oturmuşdum. Qabaqda "KamAZ"ı gördük. Gedib ona çırpıldıq. Ağız hissəm ağrıdığını hiss edib, özümdən getdim".

Təranə Kərimova (xəsarət alan): ""KamAZ"ın arxasına çırpıldıq. Bir anlıq hər şey qatıb-qarışdı. Ölən və yaralananlar oldu".

Aytən Quluzadə (xəsarət alan): "Heç nə bilmirəm. Heç nə görə bilmədim. Yadımdan çıxıb, xatırlamıram".

Bəybala Manafov (xəsarət alan): "Başımla sinəmdən xəsarət aldım. Nəfəsim gəlmədi, özümü itirdim".

Oktay Əsgərli (xəsarət alan): ""KamAZ" sabit dayanmışdı. Bizdə sürət var idi. Elə də çox xatırlamıram".

Sumqayıt Dövlət Universitetinin rektoru mikroavtobusdakı sərnişinlərin hamısının tələbə olduğunu təsdiq edib.

Elxan Hüseynov (SDU-nun rektoru): "SDU-nun avtobusu yoxdur. Bu, marşurut taksisidir. Biz yaralıların hamısı ilə bir-bir görüşdük. Həkimlər onların vəziyyətində narahatedici hal olmadığını bildirdilər".

Qəza nəticəsində Bakı-Sumqayıt yolunda böyük tıxac yaşanıb.

Faktla bağlı araşdırma aparılır. Cinayət işi açılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.