Cəmiyyət

Azərbaycanda aparıcı "ölü" yudu - VİDEO - FOTO

10 Mart 2017 12:15
13 Şərh     Baxış: 6 841

Meyit yuyanlar cəmiyyətdə bəlkə də bir çoxlarının məşğul olmağa cəsarət etmədiyi işi görür. İşləri dirilərlə yox, ölülərlədir. Ölünü yuyub, təmizləyib, kəfənləyib sonra əbədiyyətə yola salırlar.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günün ardınca" proqramının aparıcısı Sevda Rəsulqızı da çəkiliş zamanı bu işi öz üzərinə götürərək "ölü" yuyub.

Bir çox insanın qorxub çəkindiyi bu peşə ilə isə illərdir məşğul olanlar da var. Salmanov Şaban da nə az, nə çox düz 35 ildir bu işlə məşğuldur.

Şaban Salmanov (meyit yuyan): "Uzun müddətdir ki bu işlə məşğul oluram. Milyon cür meyitlər olur. Qəzaya düşən var, özünü asan var, bıçaqlanan var, yolda ölən var, illərlə xəstə yatan var. Düzdür, əziyyətdir, amma ölü sahibləri qorxurlar. Mində bir nəfər yaxın durar. Ürəkləri götürmür".

Gözlər dolur, insanlar hüznlü olur burada. Hər cəsədin bir hekayəsi var. Ölü sahiblərinin yaxın durmadığı, əslində, çox çətin olan bu peşə sahiblərinin gəliri isə adətən ölü sahibinin insafına qalır.

Bir çox islam ölkələrində ölülərin yuyulması üçün xüsusi yerlər ayrılır, onlara xüsusi əməkhaqqı ayrılır. Bizdə isə hələlik bu işlə fərdi qaydada məşğul olurlar. Müəyyən iş saatı və xüsusi əməkhaqqısı olamayan bu sahədə çalışmaq istəyənlər isə getdikcə azalır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda aparıcı

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

13 Şərh:

  • Anonim
    N · 10 Mart 12:3210

    õlü,däfn torpaĝı vä sairä bukimi tänzimlänän sivil qaydalar bizdä 21 ci asra qadar olmayıb heç bundan sonrada olmayacaq.

    Cavab yaz
  • Anonim
    shahsuvar · 10 Mart 12:3300

    Day nə qaldı çəkməyəsiz..?.hı..

    Cavab yaz
  • Anonim
    Ayka. Kalininqrat · 10 Mart 12:3520

    O görəsen heqi meytsdi ureyim yatar ee men onu gorsem o ki qaldı yuyam. Elbede her kesin axri olumdu ama men ölmekten yox. Amma öluden cox qorxuram nedense. Allah ölenlere rehmet qalanlara can saqlıqı versin

    Cavab yaz
  • Anonim
    ***** · 10 Mart 12:4210

    Allah rehmet elesin. Bir wey diqqetimi cekdi olunun elinde lak var goresen temizlenmelidi yoxsa basdirmag olar ele?

    Cavab yaz
  • Anonim
    asia · 10 Mart 12:5350

    ölüden yox diriden qorxmaq lazimdi

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 10 Mart 12:5832

    Men heccc vaxt meyite elimi vura bilmerem, ureyim partlayib ozum de meyit olaram.

    Cavab yaz
  • Anonim
    eldaniz · 10 Mart 13:0930

    oluden qorxmaq lazim deyil - quru cansiz beden sene ne ede bilerki ne edirik ise yene de diriler edir -

    Cavab yaz
  • Anonim
    hali · 10 Mart 13:4810

    əslində əlindəki lak silinməlidi.çünki meyitə qüsul vererken bədənin her yerinə su deyməlidi.

    Cavab yaz
  • Anonim
    Farid123 · 10 Mart 14:0120

    Duzdur insan var ureyi zeyifdir insan var qorxur ancaq her bir muselman sef etmiremse 7 di meyit yumalidir yeni savabdir bu is axiretde bu emele gore mukafatlanar insallah. Bir deki yaziblar yixarida oluden yox diriden qorxmaq lazimdir

    Cavab yaz
  • Anonim
    Sadixova Afet · 10 Mart 14:2900

    MEN BIR SEYI BASA DUSMEDIM.QADINLARI DA KISILER YUYUR.BU HEC BIR QANUNA SIGMIR AXI-NE DINI,NE EXLAQI CEHETDEN...

    Cavab yaz
    • Anonim
      Farid123 · 10 Mart 16:0200

      Yox qadini qadin yuyur kisini kisi yuyur duz buyurmusuz olmaz hec ee seyde esitmemisem men

      Cavab yaz
  • Anonim
    .... · 10 Mart 15:2230

    ADAM OZ ATA ANASINDAN QORXAR HEC? Basqa adami demirem. Qadini qadin yuyur kisini kisi ay millet. Fatimeyi Zehra olende onu Imam eli yuyub kefenleyib...

    Cavab yaz
  • Anonim
    hali · 10 Mart 17:0710

    fatimeyi zəhranı imam əli yumayıb.özü qüsulanıb ag paltar geyinib qibləyə uzanıb yanındakı köməkçisinə deyib ki mən özümə qüsul verdim.indi otaqdan çıx dərin yuxu yatacam.belə olub .kişini kişi qadini qadin yumalıdır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.