Cəmiyyət

Üzərinə beton parçası düşən avtomobil 12 gündür ki, hadisə yerindən götürülməyib

9 Mart 2017 21:09
1 Şərh     Baxış: 1 176

Üzərinə beton parçası düşən avtomobil 12 gündür ki, hadisə yerindən götürülməyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə ötən ayın 26-da güclü külək zamanı Səbail rayonu Badamdar küçəsi Badamdar MTK ' Dəlidağ'' a məxsus 16 mərtəbəli binanın qarşısında baş verib. Avtomobilin sahibi iddia edir ki, beton parçası məhz binanın üstündən qoparaq maşının üzərinə düşüb.
Elə həmin binanın sakini olan Tamilla Qulubəyova bundan sonra bina rəhbərliyinə müraciət etsə də, onlar dəymiş ziyanı ödəməkdən boyun qaçırıblar.
Elə biz də MTK nın yerləşdiyi ofisə getdik, amma orda heç kimi tapa bilmədik.
Daha sonra MTK nın rəhbərliyi redaksiyamızla əlaqə saxlyaraq həmin beton parçasının binanın üzərindən düşməsi iddiasını qəbul etmədi. Bildirildi ki, sakinə kömək məqsədilə 200-300 manat pul təklif edilib, amma həmin xanım avtomobilin tamamilə təmir edilməsini istəyib. Elə buna görə də ona kömək edilməyib.
Hüquqşünaslar isə bu halda dəymiş ziyanın ona səbəb olan şirkət tərəfindən ödənilməli olduğunu bildirir. Əgər bu könüllü sürətdə təmin edilmirsə, tək çıxış yolu kimi şahidlərin iştirakı ilə akt tərtib etməklə həmin MTK- nı məhkəməyə vermək qalır. Məhkəmənin qərarı əsasında borcun ödənilməsi təmin edilə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    $.$.$. · 9 Mart 21:1110

    Halalliq yaxşi şeydir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.