Cəmiyyət

Günün resepti: Sürhüllü

6 Mart 2017 07:00
23 Şərh     Baxış: 6 549

Milli.Az ətli "Sürhüllü"nün hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1kq ət (mal və ya qoyun əti)

2st.qırmızı lobya
50qr.kərə yağı
alça turşusu
5-6 diş sarımsaq
1 baş soğan
duz,istiot

Hazırlanması:

Hazırlamadan əvvəl lobyanı soyuq suda 5 saat saxlayın, 1 gecə də saxlaya bilərsiniz.  

Su lobyanın şişməsi üçün çox olmalıdır. Sonra suyu dəyişib, lobyanı 1,5 saat bişirin. Daha sonra isə başqa bir qabda xəmirə duz vurmadan yoğurmağa başlayın.

Yaxşıca yoğurduqdan sonra üzərini örtüb 5-10 dəq. mayalanmasını gözləyin.

Xəmiri uzununa kəsib barmaqlarınızın ucuyla yumrulayın. Yumrulanmış xəmiri xırda kvadrat formada kəsin.

Kəsilmiş hissələri bir-bir şəhadət barmağınızı basmaqla çəkin. Elə etmək lazımdır ki, xəmir maksimum nazik açılsın, qalın olmasın.

Xəmiri unlayıb ayrı-ayrı yığmaq lazımdır ki bir-birinə yapışmasın. Qazanda su götürüb əti (fərq etməz mal və ya qoyun) və baş soğanı soyub, doğramadan (bütöv halda) qaynadın.

Bişənə yaxın kərə yağını və əvvəlcədən hazır etdiyimiz qırmızı lobyanı, hazır sürhüllüləri əlavə edib, duz səpin. Sürhüllümüz hazırdır. Süfrəyə zövqə görə alçadan və yaxud zoğaldan hazırlanmış hazırlanmış turşu və sarımsaqla verilir.

Nuş olsun!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

23 Şərh:

  • Anonim
    Balakenli · 6 Mart 07:2510

    Bu resepte sehvler coxdu hazir olan suhulluler et olan qazana yo ayrisa suda bisirili supfreye verendede ayri ayri veri zovqe gore isteyen qarisdirib yeyirem hemdeki et mutleq qurudulmus(qaxac) olmalidir lobya qetti tokulmur surhullu barmaqla esilir ama bicaqla daha gozel ve nazik esilir

    Cavab yaz
  • Anonim
    777 · 6 Mart 07:2500

    Zaqatalada sûrhûllû sizin yazdiğiniz kimi bisirilmir

    Cavab yaz
  • Anonim
    N · 6 Mart 07:2620

    Bu yemek bizim bolgele Balakene mexsus yemekdi.Gox dadlibir uemekdi.Tovsiye edirem hazirlayin dediyimin testiqini tapacaxsiz.

    Cavab yaz
  • Anonim
    $.$.$ · 6 Mart 07:5800

    təşəkkurlər nə gözəl öz milli mətbəximizin yeməkləri hayif deyil Surhullu Şəki mətbəxinə aiddir deyəsən qiş aylarinda ləzzət edir yemək NUŞ OLSUN.

    Cavab yaz
    • Anonim
      $.$.$ · 6 Mart 08:4100

      kulinariya səhifəsində necə lazimdir göstərilib bişirilmə qaydasi təzə ətlə də bişirmək olar sufrələriniz bol ruzulu ailələriniz mehriban uzunuz də həmişə gulər olsun əziz xalqimiz.

      Cavab yaz
      • Anonim
        Balakenli · 6 Mart 10:2400

        Teze etle o lezzeti almaq olmur

        Cavab yaz
    • Anonim
      SEVA TOVUZ · 6 Mart 08:4703

      men beyenmedim...gorunusunude ozunude...

      Cavab yaz
    • Anonim
      . · 6 Mart 09:1400

      Zaqatala mətbəxi

      Cavab yaz
  • Anonim
    Məkan · 6 Mart 08:0600

    Bu sürhüllü deyil xingilidi.Sürhüllü əsas Qax,Zaqatala zonasının yeməyidi.

    Cavab yaz
  • Anonim
    Qaxlı · 6 Mart 08:3520

    Çox ləzzət li yeməkdir.Gözəllik görmək istəyən Qaxa getsin.nə gözəldir mənim Qaxım görən deyir birdə baxım.

    Cavab yaz
  • Anonim
    asi · 6 Mart 08:3900

    Bəh bəh..Mən də istədim))...Şəkildəki sürhülüdə lobya yoxdu)..

    Cavab yaz
  • Anonim
    aysen · 6 Mart 09:0810

    gornusu cox gozeldirr

    Cavab yaz
  • Anonim
    ilisu · 6 Mart 09:3300

    bu yemek ilisuya xas olan yemekdi bu rezept sevdo xahiis edirem duz yazin

    Cavab yaz
    • Anonim
      nigar · 6 Mart 11:5600

      bu yemək qax yeməyidir bu sürhullu yox xinqiidir resept düz verilməyib

      Cavab yaz
  • Anonim
    azeri moskva · 6 Mart 12:1100

    Men bu yemeyi xosluyuram, gaxlilar basga cur balakenliler basga bisirir, super gishin yemeyi!

    Cavab yaz
  • Anonim
    M · 6 Mart 12:4820

    Əşşşi, hər haranın yemeyi olur olsun, bir qab olsaydı yeyərdik))) Nahar fasiləsidir)) Əsas odur ki, ləzzətlidir

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 6 Mart 13:1920

      Mende istedim,Deyesen dadlidi.Sarimsaqi cixmaq sertiyle.

      Cavab yaz
    • Anonim
      M ya · 6 Mart 13:4410

      Ay Allah bu saytda gor ne qeder adlar var.M adli olan şerhci şerhinde SUPER

      Cavab yaz
  • Anonim
    Leman · 6 Mart 14:5300

    Lobya nedir.here bir wey qatir.resept diye paylawir.

    Cavab yaz
  • Anonim
    Leman · 6 Mart 14:5400

    Surhullu zaqatala balakendr biwirilir ama coxu yerliler bilmir o nedir.ama esasen qax yemeyidit ve qaxda 2 yawndaki uwagda bilir onedir.en koke getsek qaxda biwirilib.

    Cavab yaz
  • Anonim
    SEVAYA · 6 Mart 21:2500

    Seva sen nikinden t adini sil, ola biler ki, sen t adini kinese xoe gelmek ucun yazirsan ve ya eksinen

    Cavab yaz
    • Anonim
      . · 6 Mart 22:0000

      Yeni werhcisen yeqin.burda cox sevalar oldugundan bilinmek ucun yazib.

      Cavab yaz
  • Anonim
    Ceyran · 2 Aprel 00:0400

    Bu yeməyin əsl məskəni Qax rayonu İlisu kəndidir bu kəndin milli yeməyidi hamı onlardan öyrənib lobya hara sürhü hara səhv yazılıb

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.