Cəmiyyət

Azərbaycanlı jurnalist vəfat etdi - YENİLƏNİB

26 Fevral 2017 23:58
56 Şərh     Baxış: 29 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:58

Jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib.

Milli.Az "Ölkə.Az"-a istinadən xəbər verir ki, barədə sosial şəbəkədə onun dostları məlumat yayıb. O, bu dəqiqələrdə 1 saylı kliniki xəstəxanada (Semaşko) dünyasını dəyişib.

Qeyd edək ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən jurnalistin səhhəti ötən gecə qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) yerləşdirilmişdi. Onda kəskin daxili qanaxma başladığı, həkimlərin qanaxmanı saxlaya bilmədikləri qeyd edilirdi.

Qeyd edək ki, Z.Müqabiloğlu sirrozdan əziyyət çəkirdi.

--------

12:21

Jurnalist Zabil Müqabil oğlunun səhhəti gecə saatlarında qəfil pisləşib və o, koma vəziyyətində 1 saylı kliniki xəstəxanaya (Semaşko) gətirilib. Yaxınlarının verdiyi məlumata görə, onda kəskin daxili qanaxma başlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, gecədən indiyədək həkimlər qanaxmanı saxlaya bilmirlər və Z.Müqabiloğlu hazırda ölümlə mübarizə aparır, durumu son dərəcə kritikdir.

Qeyd edək ki, Z.Müqabiloğlu sirrozdan əziyyət çəkir və 3 ay öncə də qanaxma ilə xəstəxanaya yatırılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.