Cəmiyyət

Elza Seyidcahan: "Bu faciədə əli olan hər kəs cəzalandırılmalıdır" - FOTO

25 Fevral 2017 23:31
42 Şərh     Baxış: 4 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı "Şəhidləri anın" adlı tədbir keçirilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, tədbir faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. Daha sonra söz rejissor Şeyx Əbdülə verilib: "Xocalı faciəsi barədə dəfələrlə buna bənzər tədbirlər keçirilib və faciə dünyaya çatdırılıb. Lakin bizlərin vəzifəmiz daha ucadır. Övladlarımıza bu günlə bağlı hadisələri incəliklə başa salıb, onların vətənpərvərlik hissini artırmalıyıq. Bu gün dünyada erməni xalqı haqda nə isə demək asan məsələ deyil. Çünki onların arxasında böyük qüvvələr var. Cənab prezidentimizə xüsusi təşəkkür düşür. Çünki o bir respublikanın rəhbəri olsa da, Xocalıda baş verənlər haqda beynəlxalq tədbirlərdə danışır. Ona bir daha təşəkkür edirik".

Tədbirdə Azərbaycan Dövlət Pantomim Teatrının aktyorları, Azərbaycan Televiziya və Radiosunun Milli Kamera ansamblı çıxış edib. Daha sonra Siyavuş Kəriminin, Fikrət Əmirovun, Qara Qarayevin və başqaların əsərləri səsləndirilib.

Səhnəyə tələbələri ilə çıxan əməkdar artist Elza Seyidcahan tədbir haqda fikirlərini bölüşüb: "Kaş tariximizdə faciələr olmazdı. Lakin azadlıqlar, qələbələr faciəsiz əldə edilmir. Çox təəssüf ki, 25 il öncə Xocalı faciəsini yaşadıq. Bu gün həmkarla birlikdə bura toplaşmağımızda məqsəd Xocalı şəhidlərinin ruhunu yad etməkdir. Şəhidlərimiz daim yaşayır. Xocalıda törədilən vəhşiliyin dünyaya çatdırılması hər bir vətəndaşın borcudur. Çünki belə bir vəhşiliyi dünya birliyi lazımı səviyyədə qiymətləndirmir və bu faciədə əli olan hər kəs cəzalandırılmalıdır".

Onun çıxışından sonra Xocalının canlı şahidlərinin gördüklərindən ibarət video-çarx nümayiş olunub.

Sonda əməkdar artist Hüsniyyə Mürvətova "Qələbə" verturasını səsləndirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.