Cəmiyyət

Hər dərdə dərman: çobanyastığı çayının gücü

25 Fevral 2017 22:33
2 Şərh     Baxış: 7 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20 ildən çoxdur ki, çobanyastığı çiçəyi üzərində aparılan tədqiqatlar nəticəsində, onun faydaları sübut olunub. Bu faydalı bitki istehsal olunan bir çox dərmanın əsas tərkib hissələrindən biridir.
Çobanyastığı çayı dünyanın əksər ölkələrində müxtəlif xəstəliklərin müalicəsində ən çox istifadə edilən bitki mənşəli çaylar arasındadır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın "Herb Research Foundation" qurumunun verdiyi açıqlamaya görə, dünya üzrə hər gün 1 milyon stəkan çobanyastığı çayı istehlak edilir.
O, yüksək fosfor tərkibi sayəsində, sümüklərin güclənməsini təmin edir.
Yuxusuzluğu aradan qaldırır.
Dəri xəstəliklərinin müalicəsində istifadə edilən effektli vasitədir.
Yeməklərdən sonra həzmi yüngülləşdirir.
Qastritin müalicəsində istifadə edilir.
Stress və gərginliyi azaldaraq, bədənə rahatlıq gətirir.
Bağırsaq problemlərini aradan qaldırır. Bağırsaq iltihablarını sağaldır.
Menstruasiya ağrılarını yüngülləşdirir.
Kürək və bel ağrılarını azaldır.
İmmunitet sistemini gücləndirir.
Çobanyastığı çayının hazırlanma qaydası:
Çobanyastığı çayı hazırlamaq üçün 2-3 xörək qaşığı qurudulmuş otun üzərinə yarım litr qaynamış su əlavə edərək, 3-5 dəqiqə dəmlənməsini gözləmək kifayətdir. Daha sonra çobanyastığını süzərək çayı için. İçinə bir çay qaşığı bal və ya bir neçə damcı limon əlavə etmək olar. Yeməkdən bir saat sonra içmək tövsiyə olunur.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.