Cəmiyyət

Abituriyentlərin 70 faizi ödənişdən azad ediləcək

25 Fevral 2017 20:49
0 Şərh     Baxış: 2 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali və orta ixtisas məktəblərinə hazırlaşan abituriyentlərin böyük qismi qəbul imtahanlarında iştiraka görə ödənişlərdən azad ediləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət qəbul imtahanlarına ümumiyyətlə ilk dəfə qatılacaq cari və əvvəlki illərin məzunlarından gedir.
Qaydalara əsasən, məktəbi cari ildə bitirən bütün məzunlar ödənişlərdən azaddırlar. Burda da istisna məqamlar var.
Yeni qaydalar yalnız bakalavr pilləsində təhsil almaq üçün imtahan verənlərə aiddir.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, yeni qaydaların təxminən 70 faiz abituriyenti əhatə edəcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.