Cəmiyyət

Bakıda körpülərin altı və tunellərin üstü avtoparka çevrilib

25 Fevral 2017 20:47
0 Şərh     Baxış: 6 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda körpünün altı avtoparka çevrilib. Sıra ilə dayanmış avtomobillər mühafizə olunan avtoparkı xatırlatsa da, əslində qanunsuzdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət 3-cü mikrorayon dairəsinin üzərindəki yol ötürücüsünün altından gedir. Həmin ərazidə saxlanan avtomobillər həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır. Yol ötrücüsünün altında avtomobili park edənlər rayonlara sərnişin daşıyanlar, yaxud da yaxınlıqdakı iş yerlərinə gələnlərdir.
Məlum oldu ki, körpünün altında avtomobil saxlamaq üçün sürücülər gündəlik 1 manat ödəyirlər. Çox çəkmədi ki, pulu yığan həmin şəxs də gəlib çıxdı. Çəkilişi görən həmin yaşlı kişi əraziyə nəzarət etdiyini və pulu məcburi almadığını dedi.
Bənzər vəziyyət Salamzada küçəsindən Ziya Bünyadov prospektinə doğru olan böyük tunelin üstündə də yaşanır. Ərazidəki dar küçələrin sakinləri avtomobillərini tunelin üstündə saxlayıb evə gedirlər. Əslində isə bu da qadağandır.
"Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə və onların altında dayanma və durma qadağandır. Əgər hansısa sürücü bu qaydanı pozursa, onu 20 manat cərimə gözləyir.
Bir müddət əvvəl ''Azəravtoyol'' ASC-nin əməkdaşları bəzi körpülərin altına, tunellərin isə üstünə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq üçün beton maneələr yerləşdirmişdi. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov isə deyir ki, hərəkətlə bağlı məcburi nasazlıq yarandığı təqdirdə belə, sürücü avtomobili oradan çəkməyə məcburdur. Aşkarlandığı təqdirdə sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.