Cəmiyyət

Maksimum sürəti 120 olan maşın 129-la radara düşüb?

25 Fevral 2017 20:43
2 Şərh     Baxış: 2 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eyni yolda sürət həddini pozduğuna görə sürücüyə 7 radar gəlib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hətta yükdaşıma üçün olan avtomobilin maksimum sürəti 120 olsa da, radarlardan birində sürət 129 kimi göstərilib.
Ağır tonnajlı yük avtomobilinin sürücüsü Razi İsmayıllı deyir ki, 2 il əvvəl ona Aeroport şossesində qurulan radarlarda texniki səhv ucbatından protokol məktubu gəlib: "Necə olur ki, eyni radarların qeydə aldığı bir protokol ləğv edilir, amma digərlərinin ödənilməsi tələb edilir..."
Onun sözlərinə görə idarə etdiyi avtomobil su daşınması üçün nəzərdə tutulub və saatda 90 km-dən sürətli idarə etmək mümkün deyil. Məhz bu fakta görə sürücü məhkəməyə müraciət edib.
Razi İsmayıllı bildirir ki, məhkəmənin sonuncu qərarı 2016-cı ilin fevral ayında verilsə də, hələ də icra edilməyib. Bundan sonra qərarın ləğvi üçün Baş Dövlət Yol Polisi İdarəsinə yaxınlaşanda ona bildirilib ki, qərar Nizami rayon Yol Polisi tərəfindən ləğv edilməlidir.
Baş Dövlət Yol Polis İdarəsinin sözçüsü Kamran Əliyev açıqlamasında bildirib ki, məhkəmə tərəfindən işə xitam verilməsi ilə bağlı yol polisinə hər hansı bir rəsmi sənəd daxil olmayıb. Hər bir halda sürücü yenidən müraciət edərsə, elə onun iştirakı ilə məsələ yenidən araşdırılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.