Cəmiyyət

Qanunsuz dini fəaliyyətlə məşğul olan şəxs həbs edildi - FOTO

23 Fevral 2017 18:18
3 Şərh     Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı şəhər sakini Sərdar Babayev qanunsuz dini fəaliyyət göstərdiyinə görə həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, S.Babayev Masallıda pasport qeydiyyatında olsa da, əsasən, Bakı şəhərində yaşayıb, amma mütəmadi olaraq bütün bölgələrdə, o cümlədən Masallı şəhərində qanunsuz dini fəaliyyətlə məşğul olub:

S.Heydərovun sözlərinə görə, S.Babayev barəsində Cinayət Məcəlləsinin 168-1.3.1 maddəsi ilə Masallı Rayon Prokurorluğunda cinayət işi başlanılıb və rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli hökmü ilə 3 ay həbs qətimkan tədbiri seçilib:

"Cinayət Məcəlləsində nəzərdə tutulur ki, xaricdə təhsil alan şəxslər dini təbliğat, dini ayin və mərasimlərin aparılmasına rəhbərlik edə bilməzlər. Sərdar Babayev barəsində aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, o, 1991-ci ildə İranın Qum şəhərində Beynəlxalq Əlmustafa Universitetinin İlahiyyat fakultəsində təhsil alıb".

Komitə sədrinin müavini bildirib ki, S.Babayev Masallı cümə məscidində dəfələrlə qanunun tələblərini pozaraq dini ayinlər icra edib: "Bu barədə ona dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyətini davam etdirib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.