Cəmiyyət

Saçları necə uzatmaq olar?

25 Fevral 2017 22:40
1 Şərh     Baxış: 3 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun və gözəl saçlara sahib olmaq hər bir qadının arzusudur. Amma təəssüf olsun ki, illər, fəsillər və müxtəlif xəstəliklər insanın saçlarında da öz izini qoyur. Saçlar öz keyfiyyətini itirdikcə nazikləşir və uzanmır. Müxtəlif vitaminlərin qəbulu bəzən saç tökülməsinin qarşısını alır. Bəs saçların sağlam olması və uzanması üçün hansı vitaminlər lazımdır? Saçların hansı vitaminlərə ehtiyacı var?
Milli.Az immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər saçların ən çox B qrup vitaminlərə ehtiyacı olduğunu vurğulayırlar. Belə ki, saçların ən çox ehtiyac duyduğu vitaminlər aşağıdakılardır:
B1 - tiamin bromid
B2 - riboflovin
PP - nikotin turşusu
B6 - pridoksin xlorid
B7 - biotin
B8 - inozit
B9 - fol turşusu
B12 - sianokobalamin.
Yuxarıda sadalanan vitaminlərin orqanizmdə normal miqdarda olması saçların uzunluğunun inkişafına səbəb olduğu kimi, bu vitaminlərin çatışmazlığı saçların normal inkişafının qarşısını alır. E vitaminin də orqanizmdə normal miqdarda olması qanın oksigenlə qidalanmasını təmin edir və immun sistemin işini normallaşdırır. Əgər siz də saçlarınızın sağlam və uzun olmasını istəyirsinizsə, o zaman vaxtaşırı bu vitaminlərdən qəbul etməlisiniz.
Saçların normal inkişafını təmin edən vitaminlrdən biri də C vitaminidir. C vitamini kapilyarların işini sürətləndirməklə baş dərisini qidalandırır.
Saçların tökülməsinin qarşısını alan vitaminlərdən biri də A vitaminidir. A vitamini orqanizmin infeksiyalara qarşı olan müqavimətini artırır. Bu səbəbdən də baş dərisində olan patoloji proseslər aradan qalxır və saçların tökülməsinin qarşısı alınır.
Orqanizmdə vitamin çatışmazlığı baş veməsin deyə mütəxəssislər aşağıdakı qidalardan daha çox istifadə etməyi məsləhət bilirlər:
- qaraciyər
- pendir
- yumurta
- dəniz məhsulları
- buğda məhsulları
- brokkoli kələmi
- yer kökü
- bolqar bibəri
- istiot
- noxudun bütün növləri
- meyvə-tərəvəz
- hər növ göyərti
- günəbaxan tumu, qoz, badam
- soğan, sarımsaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.