Cəmiyyət

"Deyirlər ki, hamilə olan zaman qabaqcadan uşaq paltarı almaq olmaz"

25 Fevral 2017 20:10
7 Şərh     Baxış: 5 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deyirlər ki, hamilə olan zaman qabaqcadan uşaq paltarı almaq olmaz, düşər-düşməzi olar. Bu fikir düzgündürmü?

Milli.Az islam.az-a istinadən bildirir ki, İslam dini bu cür məsələlərdə əlamətlərə inanmağı qəbul etmir. Ümumiyyətlə, dinimizdə "düşər-düşməz" adlı anlayış yoxdur. Çünki bütün hadisələr Allahın qəzavü-qədəri əsasında, Onun hikmətinə və iradəsinə uyğun olaraq baş verir. Heç bir kənar əlamət Allahın iradəsini pozmağa, qəzavü-qədəri dəyişdirməyə qadir deyil. Bu cür inanclar yalnız mövhumat və xurafatdır. Bununla belə, dinimiz ehtimalla hərəkət etməyi və israf etməyi də bəyənmir. Hamiləlik müddətində uşağın cinsini təyin etmək hazırki texniki avadanlıqlarla həyata keçirilsə də, bu məlumatlar həmişə dəqiq olmur. Ona görə də, doğulacaq uşağın cinsini dəqiq bilmədən paltar almaq məsləhət deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.