Cəmiyyət

Limonotunun faydaları

25 Fevral 2017 22:10
0 Şərh     Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1. Təbii sakitləşdirici və rahatlaşdırıcıdır.

Sakitləşdirici təsiriylə limon otu illərdir istifadə edilir.
2. Təbii ağcaqanad əleyhinə dərmanıdır. Əvvəllər bağbanlar ağcaqanadları uzaq tutmaq üçün bədənlərinə limon otu sürtürdülər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmalara görə bir çox ağcaqanad əleyhinə dərmanlar sinir siqnallarını pozur, sağlam beyin funksiyaları üçün lazım olan dopamin istehsalını azaldır, nevroloji xəstəliklər və sinirlə əlaqəli kimyəvi mexanizmləri hərəkətə keçirir. Lakin limon otu həm təbii, həm də zərərsizdir.
3. HIV-ə qarşı qoruyur. Bir araşdırmaya görə nanə, adaçayı və limon otu qarışığı HIV virusuna qarşı olduqca təsirlidir.
4. Antibakterial müalicə üsuludur. Antibakterial xüsusiyyətiylə limonotu, antibiotiklərin belə təsirsiz qaldığı Staphylococcus aureus infeksiyasının müalicəsində təsirlidir.
5. Yuxu problemlərini həll edir. Yuxusuzluq probleminiz varsa, limonotunu çobanyastığı kimi digər təbii sakitləşdirici bitkilərlə qarışdıraraq qəbul edə bilərsiniz.
6. Tiroit problemlərinə qarşı köməkçi olur. Antiinflamatuar təsirə sahib olan limonotu tiroitə bağlı iltihablanmadan xilas olmağa kömək edir.
Limonotu necə istifadə edilə bilər?
1 qaşıq təzə və ya quru limonotu yarpağını 1 stəkan suda qaynadaraq ən az 10 dəqiqə dəmləyin. Bu ləzzətli çayı içərək xəstəliklərlə mübarizə aparın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.