Cəmiyyət

Ciyərlərinizi bunlarla təmizləyin

25 Fevral 2017 22:45
1 Şərh     Baxış: 5 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağciyərlər tənəffüs sisteminin əhəmiyyətli bir parçasıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, oksigeni alıb bütün həyati əhəmiyyətli orqanlara paylamaq birbaşa ciyərlərin vəzifəsidir. Silia adı verilən tüklü toxuma sayəsində, toksinlər və zərərli hissəciklər ağciyərlərdən atılır. Ciyərlər siqaret tüstüsü, ya da toz kimi davamlı bir çirklilik problemi yaşayırsa, aşağıdakı vasitələrdən istifadə edin.

Evkalipt: Yarpaqları təbii bir antibiotik olan uçucu bir yağ ehtiva edir. Bu yağ ağciyər infeksiyaları ilə mübarizə aparır, tıxanmış yolları təmizləyir, qan axınını artırır və şişkinliyi azaldır. Təzə evkalipt yarpaqları ilə hazırlanan bir bitki çayını içmək, bronxitə qarşı yaxşı təsir edə bilər. Buxarı ilə nəfəs almaq da yenə bronxit, öskürək və qrip müalicəsində köməkçi olur.
Sarımsaq: Tərkibindəki aktiv maddələrdən birinə alisin adı verilir. Bu maddə ağciyərlərin təmizlənməsinə köməkçi olur. Həmçinin qrip, soyuqdəymə və ya tənəffüs problemləri kimi ağciyər xəstəliklərini sağaldır. Yeməklərlə birlikdə istehlak edə, ya da bal və limonla qarışdıraraq sarımsaq çayı içə bilərsiniz.
Zəncəfil: Güclü bir antioksidantdır. Bu sayədə ağciyərləri gücləndirməyə və çirkləndirici maddələri və digər istənməyən parçacıqları ortadan qaldırmağa köməkçi ola bilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.