Cəmiyyət

Allahın ən yaxşı ruzisi fədakarlar üçündür

25 Fevral 2017 19:15
0 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Allah Onun yolunda (cihad etmək, elm öyrənmək və ya digər ilahi bir iş üçün) hicrət edib sonra öldürülmüş və ya ölmüş kəslərə mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən Allah ruzi verənlərin ən yaxşısıdır". ("Həcc" 58).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, o zaman ki, Məkkə mühacirləri Mədinəyə gəlir, bəziləri təbii ölümlə dünyadan gedirlər. Bəziləri isə şəhid olurlar.
Ona görə də bir çoxları belə düşünür ki, ancaq şəhid olan mühacirlər böyük fəzilətə malikdirlər. Yuxarıdakı ayə nazil olaraq bildirdi ki, hər iki dəstə də İlahi nemətə şamildir. (Həvzəh)
Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:
1. Allah yolunun mühacirləri Allah yanında üstün mükafata və məqama malikdirlər.
2. Behişt nemətlərindən istifadə etmək meyarı təbii ölüm və ya şəhadətlə deyildir. Allah yolunda olub, o yolda can verməklədir.
3. Hər kim Allah yolunda ölər, Allahın ona xüsusi inayəti və ən üstün ruzisi olar.
4. Ən üstün ruzi deyildikdə, o şey nəzərdə tutulur ki, insan gözü ona dəyən zaman məftun olur və ona tərəf elə cəzb olunur ki, gözünü ondan çəkə bilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.