Cəmiyyət

Bahar "Xocalı" layihəsini təqdim etdi - FOTO

22 Fevral 2017 18:44
5 Şərh     Baxış: 2 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zirə Mədəniyyət Mərkəzində müğənni Bahar Lətifqızının "Xocalı" layihəsi təqdim olunub.

Milli.Az xəbər verir ki, tədbirə qatılanlar sırasında millət vəkilləri Rauf Əliyev, Flora Qasımova, Aydın Hüseynov, Hikmət Babaoğlu da olub. Müğənni zalda əyləşən izləyicilərə layihənin ərsəyə gəlməsi haqda danışıb:

"İki il idi ki, "Xocalı" layihəsi üzərində çalışırdıq. Mahnının sözləri Zəlimxan Yaquba, musiqisi isə Aytən Oqtayqızına aiddir. Bu klipi ərsəyə gətirən Nazim Şərbətova, ideya müəllifi olan prodüserim Vəfa Nuriyevaya, həmçinin mənə dəstək olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinə təşəkkürümü bildirirəm. Xocalını Azərbaycana tanıtmaq lazım deyil. Millətimiz erməninin kim olduğunu yaxşı bilir. Klipdə xarici dildə altyazıdan istifadə etmişik.

Bunun səbəbi bu soyqırımı bütün dünyaya çatdırmaqdır. İnanıram ki, bütün ölkələr bu videoçarxa baxacaq".

B.Lətifqızı daha sonra uşaqların soyqırım barədə maarifləndirilməsindən söz açıb: "Uşaqları bağçadan maarifləndirmək lazımdır. Balaca qızım belə klipi izlədikdən sonra mənə dedi ki, silahım olsa, ermənini öldürərəm. Çünki onlar bizim körpələrimizi qətlə yetiriblər".

Cavan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.