Cəmiyyət

Qubada qızını qətlə yetirən ata həbsxanada öldü

21 Fevral 2017 23:57
3 Şərh     Baxış: 4 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 31-də Quba rayonunun Alpan kəndində 15 yaşlı qızı Səfurə Süleymanovanı qətlə yetirən Süleymanov Əşrəf Əlməmməd oğlu bu gün həbsxanada ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Quba Rayon İcra Hakimiyyətinin Alpan inzibati ərazi dairəsinin nümayəndəsi Tofiq Qubadov məlumat verib.
O bildirib ki, Əşrəf Süleymanov qətl ilə bağlı Quba Rayon Prokurorluğuna, oradan isə məhkəməyədək Şüvəlan təcridxanasına aparılmışdı.
"Bu gün eşitdik ki, o, orda ölüb, xəbəri ailəsi də bilir. Əşrəfin Bakıdakı qardaşı onu Qubaya gətirmək istəyir", - deyə T.Qubadov əlavə edib.
Onun sözlərinə görə, ölüm xəbərini mərhumun Bakı şəhərində yaşayan qardaşı Cəlilulla Süleymanov kənddə qalan anasına telefon danışığı zamanı verib.
Ruhi xəstə olduğu bildirilən Əşrəf Süleymanov qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.