Cəmiyyət

Qəzəbli padşah və əlibağlı insana ruzi verən Allah

23 Fevral 2017 22:40
9 Şərh     Baxış: 1 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir gün bir padşah qərara alır ki, ova getsin. Onun əmri ilə saray əhli və xidmətçiləri hazır olurlar. Bir yerdə ov etməyə başlayırlar. Zöhrə yaxın dağın yamacında süfrə açırlar və ovladıqları böyük quşu bişirib, şahın qarşısına qoyurlar. Şah əlini atıb ondan bir parça kəsmək istəyəndə, uzaqdan bir qartal uçub gəlir və onun yeməyini dimdiyinə alıb, havaya qalxır. Padşah bu macəradan çox əsəbiləşir və saray əhlinə əmr edir ki, qartalı izləsinlər. Onu hansı yolla olursa-olsun öldürsünlər. Qartal havada uçur və şahın ordusu da yerdə onu təqib etməyə başlayır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qartal dağı dövr edir və bir nöqtədə yerə enir. Şah və ordusu da həmin yerə gəlib çatırlar və onu izləməyə başlayırlar. Bu zaman görürlər ki, əli və ayağı bağlı bir nəfər yerdə uzanmışdır və qartal da həmin quşun ətindən dimdiyi ilə qırıb, onun ağzına qoyur. Onu yedizdirəndən sonra qartal çay kənarına gedir və dimdiyini su ilə doldurub onun ağzına tökür. Bəli, padşah və onun ətrafında olanlar başa düşürlər ki, burada İlahi bir gücün iradəsi vardır. Çünki bu Allahdır ki, hər kəsin ruzisini çatdırır.

"Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O, həmişə Öz bəndələrindən xəbərdar və (onları) görəndir (onların fərdi və ictimai hallarını bilir)". ("İsra" 30).
Padşah və ordusu həmin kişinin yanına gedib əl və ayqlarını açırlar.
Kişi deyir: "Mən tacirəm və ticarət etmək üçün bir şəhərə gedirdim. Bu yolda quldurlar yolumu kəsdi və malımı qəsb etdilər. Məni də öldürmək istəyirdilər, yalvardım ki, öldürməsinlər. Nəhayət ürəkləri yumşaldı, ancaq dedilər: "Qorxuruq ki, şəhərinə qayıdıb bizim yerimizi insanlara deyəsən". Ona görə də əl və ayaqlarımı bağlayıb məni burada buraxdılar.
Sonrası günü bu quş gəldi və mənim üçün çörək gətirdi. Bu gün isə mənə quş əti gətirdi". Padşah onun bu sözlərindən təsirləndi və dedi: "Allah o qədər bağışlayandır ki, əl və ayaqları bağlı bəndəsini belə səhrada öz başına buraxmır. Vay olsun bizə ki, belə bir Allahdan qafilik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.