Cəmiyyət

Çürük dişlər ürəyə də təsir edir

23 Fevral 2017 23:10
2 Şərh     Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dişəti xəstəliyi olan insanlar ümumiyyətlə mənfi sağlamlıq vərdişlərinə malikdir. Siqaret və spirtli içkilərin istifadəsi, pis qidalanma vərdişi və hərəkətsizlik ürəkdə yaranan narahatlıqların ən güclü səbəblərindəndir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bundan əlavə, dişəti xəstəliyi olan bir çox insanda diabet xəstəliyi də müşahidə edilir. Bu da ürək xəstəliklərində bir başqa güclü risk faktorudur.
Ağızın daxilindəki infeksiyaların qan dövranı sistemi ilə birbaşa əlaqənin olduğunu ifadə edən mütəxəssislər, sadə üsullar ilə əngəllənə biləcək narahatlıqların ciddi xəstəliklərə səbəb olduğunu bildirdi. Bu xəstəliklərin əvvəlində infarkt, iflic və xroniki iltihablanmalar gəlir.
Dişəti iltihabı dişətində qızartı, şişlik, ağız və diş təmizliyi əsnasında qanama, dişəti üzərində ağ ləkələnmələr ilə özünü göstərir.
Müalicəsinə dişlər üzərindəki val və diş daşlarının uzaqlaşdırılması ilə başlanılır. Bu dövr zamanı diş ətində iltihaba səbəb olan bakteriyaların uzaqlaşdırılması asanlaşır. Ağız və diş sağlamlığı mövzusunda körpəlik dövründən başlayıb nizamlı olaraq diş həkimi müayinəsini axsatmamaq və ildə ən az iki dəfə olmaqla davam etmək böyük əhəmiyyət daşımaqdadır. Ancaq bu sayədə ciddi diş və dişəti xəstəliklərinə erkən dövrdə diaqnoz qoyula bilər.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.