Cəmiyyət

Naxçıvanla sərhəddəki qəzada ölənlərdən biri tələbə idi

20 Fevral 2017 23:42
6 Şərh     Baxış: 6 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan-İqdır avtomobil yolunda baş vermiş qəza nəticəsində ölən azərbaycanlılardan biri Naxçıvan Universitetinin tələbəsi olub.

Milli.Az Naxcivanxeberleri.com-a istinadən xəbər verir ki, Fərhad Fərhadlı universitetin Maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi idi. O, Ordubad rayonunun Kotam kəndində doğulmuşdu.

Valideynləri Türkiyədə yaşadığı üçün o Naxçıvana təhsilini davam etdirməyə qayıdırdı.

Dünyasını dəyişənlərdən 3 nəfərinin adı məlum olub. Bunlar Fərhad Fərhadlı, Süleyman Əliyev və Zivər Səfərovadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.