Cəmiyyət

Dua o zaman yerinə yetər ki...

21 Fevral 2017 21:40
5 Şərh     Baxış: 2 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beləliklə, Rəbbi onların dualarını qəbul etdi ki: "Həqiqətən Mən sizlərdən heç bir əməl sahibinin - istər kişi olsun, ya qadın ki, hamınız bir-birinizdənsiniz və bir-birinizlə bağlısınız - əməlini zay etməyəcəyəm. Odur ki, hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və onları (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat yalnız Allahın yanındadır"". ("Ali-İmran" 195).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayədən çıxartdığımız nəticələr:
1. Qəlb duasının yerinə yetməsi mütləqdir. O dua ki, Allahı yada salmaq, Allaha sitayiş etməklə birlikdə olar, mütləq yerinə yetər. (Həvzəh)
2. Fikir və zikr əhlinin duası yerinə yetər.
3. Duanın yerinə yetməsi İlahi rübubyyətin cilvələrindəndir.
4. İlahi baxışda heç bir əməl mükafatsız qalmaz.
5. Dua o zaman yerinə yetər ki, dua edən şəxs səy göstərər və çalışar, baxmayaraq ki, dua özü də bir əməldir.
6. Həm əməl və həm də əməli yerinə yetirən insan diqqət mərkəzində olar.
7. Ancaq möminlərin əməllərinə mükafat verilər. Çünki kafirlərin əməlləri dəyərsizdir və məhv olandır.
8. İlahi baxışda qadınla kişi ali insani məqama çatmaqda eynidirlər.
9. Kişi cinsi qadından üstün deyildir.
10. İslam cəmiyyətində bütün müsəlmanlar bir bədənin hissələridirlər.
11. O zamana qədər ki, eyiblər aradan getməz, heç kəs behiştə daxil ola bilməz.
12. Hicrət, mübarizə, sürgün və Allah yolunda əziyyət çəkmək - Allahın əfv etmək zəminələridir.
13. Allah yolunu gedən zaman hicrət, cihad, sürgün, işgəncə və şəhadət kimi imtahanlar olur.
14. Allahın xüsusi inayəti mömin alimlərə aiddir.
15. Allahın mükafatları insanın fitrətinə uyğun olduğu üçün, heç bir zaman dəyəri azalmaz.
16. Behişt bulaqları həm ağacların altından axar və həm də behişt evlərinin altından.
17. Bağışlanma və behişt - ümumi savablardır. Ancaq o savab ki, möminin şənindədir, Allah yanında olan savabdır və bizim ondan xəbərimiz yoxdur.
18. Allahın mükafatlarını insanlar üçün təsvir etmək mümkün deyildir. Elə bunu bilsək kifayətdir ki, hər bir mükafatdan daha üstündür.
19. İlahi mükafatlar kəramətlə birlikdə olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.