Cəmiyyət

Uşaqların xüsusi oturacaqda daşınması məcburi deyil - EKSPERT

18 Fevral 2017 19:31
2 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobillərdə uşaq oturacaqları ilə bağlı qanunvericilikdə heç bir yenilik yoxdur.

Milli.Az fins.az-a istinadən bildirir ki, hüquqşünas ekspert Ərşad Hüseynov yaxın gələcəkdə də bununla bağlı yeniliyin gözlənilmədiyini bəyan edib:
1. Yalnız minik avtomobilində qabaq sərnişin yerində 12 yaşadək uşağı xüsusi oturacaq olmadan tək və ya böyük adamın qucağında aparmağa görə sürücü 60 manat cərimə olunur və ona 3 cərimə balı tətbiq edilir. Bu, sovet dövründən belədir (sadəcə cərimə məbləği dəyişib).
2. Minik avtomobilinin arxa oturacaqlarında uşaqların xüsusi oturacaqda daşınması məcburi deyil. Deməli, xüsusi oturacaq olmadan arxa oturacaqda tək uşaq aparmağa, yaxud böyüklərin qucağında uşaq aparmağa görə heç kəs məsuliyyətə cəlb edilə bilməz.
3. Nə yük avtomobilində, nə də avtobusda və ya  mikroavtobusda)yaşından asılı olmayaraq uşağın xüsusi oturacaqda daşınması məcburi deyil. Özü də istər YÜK avtomobilinin və mikroavtobusun qabaqdakı oturacaqları olsun, istərsə də salondakı fərq etmir:
4. Minik avtomobilinə dair 1-ci bənddə yazdığım tələb eynən taksilərə də aiddir, çünki bütün taksilər minik avtomobilləridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.