Cəmiyyət

Yol polisi uşağın yaşını necə müəyyən edəcək? - Maraqlıdır - VİDEO

17 Fevral 2017 22:10
6 Şərh     Baxış: 2 953

Yol polisi avtomobildə xüsusi oturacaqlar olmadan uşaq daşıyan sürücülərə qarşı mübarizəni gücləndirdiyini açıqlamışdı. Bildirildi ki, 12 yaşından aşağı olan uşaqların maşın daşınma qaydalarını pozan belə sürücülər cərimələnəcək. Amma maraqlıdır, yol polisi belə halla qarşılaşarsa uşağın yaşını necə müəyyən edəcək? Çünki adətən valideyinlər uşaqlarının yaş kağızlarını üzərində gəzdirmir. Məsələyə əməkdaşlarımız aydınlıq gətirib. Üstəlik sizin üçün avto kresloların satış yerləri, qiymətləri, funksiyaları haqda araşdırma aparmışıq.

Avtomobildə xüsusi oturacaqsız aparılan uşaqların yaşı necə müəyyən ediləcək? Çünki qanunda bunun xüsusi mexanizmi yoxdur. Üstəlik azyaşlı böyük görünə, yaxud, 12-dən çox yaşı olan uşaq kiçik görünə bilər.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Yol Polisi bildirir ki, bu yalnız vizual baxışla müəyyən edilir. Amma lazım olrsa yol polisi bort kompyuter vasitəsilə uşağın ad soyadını, doğum tarixini qeyd edib dəqiq məlumat ala bilər.

Bu arada uşaqlar üçün avtokresloları hardan almaq olar? Bakıda uşaq aksesurları satan bir çox mağazalarda belə oturacaqlar müxtəlif qiymətlərə satılır.

Bir çox elan saytlarında ucuz qiymətə işlənmiş avto kreslolar da satılır. Mütəxəssislər isə işlənmiş oturacaqları almağı məsləhət görmür.

Üstəlik oturacaqların quraşdırılma qaydasını da bilmək lazımdır. 13 kiloqram çəkidən böyük olan uşaqlar üçün isə normal qaydada, istər ön , istər də arxa oturacaqda quraşdırılır. Quraşdırılmanı mütləq mütəxəssis etməli, kortəbii edilməməlidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yol polisi uşağın yaşını necə müəyyən edəcək?

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Aynur · 17 Fevral 22:2461

    pul telesidi

    Cavab yaz
  • Anonim
    Vetendaw · 17 Fevral 22:2971

    Yeni Biznez.

    Cavab yaz
  • Anonim
    BABA · 17 Fevral 22:3231

    Helə bir qanun yoxdu .nədə cərmə edə bilər ancaq sizə tövsiyə və məsləhət verə bilər.Ama əyər surücü qabaqda 12 yaşdan aşağı olan uşağı qabaqda otuzdurarsa onda 60 manat cərmə və 3 balda yazılacaq.

    Cavab yaz
    • Anonim
      sax · 17 Fevral 23:1621

      Bu cerime onsuzda varidi. Qabaq oturacaqda 12 yasdan asagí usaqlar üçün.

      Cavab yaz
  • Anonim
    M M · 17 Fevral 23:0721

    Buher olkede var .azerbaycana indi catib bu geride herweyde qalmiwiq

    Cavab yaz
  • Anonim
    ganvera · 17 Fevral 23:3411

    Ne istejirler by miletden

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.