Cəmiyyət

Nazir müavini ərəblərin Azərbaycana gəlməsindən danışdı

17 Fevral 2017 21:01
Baxış: 2 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəb turistlərin kütləvi şəkildə Azərbaycana gəlməsinin ən birinci səbəbi viza sadələşdirlməsi olub. Milli.Az bildirir ki, bunu Trend-ə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

N.Səmədov vurğulayıb ki, bundan əlavə nazirliyin 5 ildən çoxdur ki, Dubayda nümayəndəliyi fəaliyyət göstərir: "Nazirlik olaraq beş ildən çoxdur ki, Dubay şəhərində nümayəndəliyimizi saxlayırıq. Azərbaycanla bağlı təbliğat işləri aparılır. Vizanın sadələşdirilməsi aparılan işlərə böyük dəstək verdi və bu iki fəaliyyət birlikdə turist axınında yaxşı effekt yaratdı".

Ərəb turistlərin Azərbaycanda hansısa problemlər yaradacağı barədə fikirlərə münasibət bildirən nazir müavini deyib: "Bu, düzgün fikir deyil. Azərbaycana gələn hər adamı düşmən kimi qəbul etmək doğru yanaşma deyil. Təbii ki, gələnlərin arasında fərqli düşüncəli insanlar ola bilər. Azərbaycanın güc strukturları, təhlükəsizlik orqanları fəaliyyətlərini yüksək səviyyədə icra edirlər və bütün təxribatların qarşısını vaxtında almağa qadirdirlər. Bu baxımdan ərəb turistlərin Azərbaycana gəlməsində problem görmürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.