Cəmiyyət

Samuxda içi pulla dolu seyf oğurlandı: “Pul bir tərəfə, sənədlərimi versinlər” - FOTO

16 Fevral 2017 21:44
7 Şərh     Baxış: 4 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samux sakini pulunu və sənədlərini saxladığı seyfinin oğurlanmasından şikayətçidir. Bu işi kimin və ya kimlərin etməsini bilməyən Qabil Alıyev polisə də müraciət edib.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Samux rayonunun Tatlı kənd sakini Qabil Alıyevin yaşadığı evdən oğurluq olub. Hadisə gündüz saatlarında sahibi evdə olmayanda baş verib. İşdən qayıdan Qabil Alıyev qapı və pəncərəni açıq görüb, içəri daxil olarkən şübhələri doğrulub.

Qabil Alıyev- zərərçəkən şəxs: "Evin ehtiyat açarı sayğacın üzərində olub. Açarı oradan götürüb qapını açıblar. Sonra qapının arxasından seyfi götürərək, pəncərədən çıxarıblar".

Ev sahibini seyfdəki 600 ABŞ dolları və 480 manat nəğd puldan çox şəxsi sənədlərinin oğurlanması narahat edir.

Qabil Alıyev- zərərçəkən şəxs: "Mənim heç kimlə ədavətim olmayıb. Şübhələndiyim şəxsləri də yazmışam. Pul bir tərəfə, mənim sənədlərimi versinlər. Bu işi yoluna qoysunlar".

Oğurluqla bağlı Samux Rayon Polis Şöbəsinin əməkdaşları sözügedən evdə olub, ilkin istintaq tədbirləri görülüb. Ancaq hələ ki, oğruları müəyyən etmək mümkün olmayıb. Baş verən hadisəylə bağlı cinayət işi başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.