Cəmiyyət

"Qoxusundan narahat oluruq" - Ağsuda tarixi abidələrə hörmətsizlik - VİDEO - FOTO

16 Fevral 2017 18:40
0 Şərh     Baxış: 1 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsu şəhərindəki Şıxməzid türbəsi və eyni adlı qəbirsanlıq baxımsız durumdadır.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, 2012-2013-cü illərdə həmin ərazidə Azərbaycan Milli Elmlər akademiyasının arxeologiya və etnoqrafiya instutunun Ağsu arxeoloji ekspedisiyası tərəfindən qazıntı işləri aparılıb. 14-17-ci əsrlərə aid abidənin ətrafına hazırda məişət tullantıları atılır.

Fariz Xəlilli - tarixçi: "Burada bütün müsəlman dünyasında rast gəlinməyən yeni qəbir tipləri var. Üzərinə Əhləd daşı yerinə səhəng qoyulub. Çox maraqlıdır ki, abidəni araşdırandan sonra burada yol çəkərkən abidənin bir hissəsi dağıdıldı və istəyirdik ki, yerli sakinlər bu məsələdə diqqətcik olsunlar".

Tarixçi Fariz Xəlillinin sözlərinə görə, abidə bir müddət mühafizə olunsa da sonradan ona ögey münasibət göstərilib.

Tarixi abidənin yaxınlığında yaşayan insanlar deyirlər ki, əraziyə məişət tullantıları sakinlər tərəfindən atılır.

Sakin: "Gətirib zibilləri tökürlər. Biz də qoxusundan narahat oluruq".

Sakin: "Bir nəfər olsa, onun haqqında məsləhət görünər ki, bura atmasın zibili. İndi bu hissədə yaşayan əhali ümumi zibillik yeri edib".

Ağsu Rayon Mənzil Kommunal İstismar İdarəsinin rəisi Əli Mustafayevin verdiyi məlumata görə, tezliklə tullantılar həmin ərazidən yığışdırılacaq. Yaz aylarında isə həmin əraziyə tullantıların atılmasının qarşısı tamamilə alınacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.