Cəmiyyət

Çörəyin içində siçovul nəcisi olduğu təsdiqləndi - VİDEO - FOTO

15 Fevral 2017 19:10
13 Şərh     Baxış: 4 527

Gəncədə Türkiyə vətəndaşının mağazadan aldığı çörəyin içərisindən siçovul nəcisi çıxması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə laborator müayinə üçün təqdim etdiyi nümunənin nəticələri məlum olub.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, komitənin "Yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı" laboratoriyasına təqdim olunan çörəkdə fikizi və kimyəvi yoxlamalar aparılıb.

Çörək QOST-un 6 göstəricisindən cəmi 1-nin tələbinə cavab verib. Nəticədə Şahin Mahmudun müraciəti ilə bağlı çörəyin xəmir hissəsində aşkar olunan 8 kənar qarışığın isə, həqiqətən də, siçovul nəcisi olduğu müəyyən edilib. Əcnəbi vətəndaşın ARB Kəpəz-ə müraciəti ilə ictimailəşən məsələyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən də açıqlama gəlib.

Fazil Talıblı - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi: "Biz bu barədə şikayətçiyə cavab bildirmişik, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinə həmin o marketdə satılan istehsalçısı məlum olmayan dairəvi çörəyin tərkibi ilə bağlı sınaq protokolunu əlavə etməklə nəticələri bildirməklə xahiş etmişik ki, bu çörəyin istehlak bazarında qarşısını alınması məqsədilə qanunvericiliyə uyğun olaraq tədbirlər görülsün".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Çörəyin içində siçovul nəcisi olduğu təsdiqləndi - FOTO

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Sebr · 15 Fevral 19:1830

    Bərəkətinə qurban olduğum Çörəyi niyə belə hazırlayırsınız..Allaha xoş getməz ee Vallah..Daha nələr görüb,nələr eşidəcəyik!!

    Cavab yaz
  • Anonim
    Türkan · 15 Fevral 19:2960

    ALLAH BƏLANIZI VERSİN! Daha heç nə demirəm

    Cavab yaz
  • Anonim
    . · 15 Fevral 19:4160

    Bildiyimiz budur.indi görün bilmədən nələr yemişik.nc nc nc

    Cavab yaz
  • Anonim
    SEVA TOVUZ · 15 Fevral 19:4110

    Ayda niye baxan yoxdu?yaxsiki ozumuz hazirlayiriq.xanimlar evde ozunuz hazirlayin.

    Cavab yaz
  • Anonim
    cccp · 15 Fevral 20:2230

    O cöreyi nece varsa orada işleyenlere yedirdesen deyesen lezzet alin!!!

    Cavab yaz
  • Anonim
    Ayka · 15 Fevral 20:3140

    Iyrenib azara duweceyik allah belanizi versin sizin ..

    Cavab yaz
  • Anonim
    cccp · 15 Fevral 20:5000

    Seva Tovuzluya: Tovuzun xamirali cöreyinden yoxdu.Bütün Tovuz eline salamlar olsun!

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 15 Fevral 20:5910

    Ay daaaaa niye verib iyrendirirsiz, bele mundarliq olar ay insafsizlar, pul verib corek alaq o da bele ay Allah .

    Cavab yaz
  • Anonim
    səkinə1 · 15 Fevral 21:4000

    Qənddən imtima etdiyim kimi deyəsən çörəkdəndə imtina etməli olacam...

    Cavab yaz
  • Anonim
    m.m · 15 Fevral 21:4600

    o coreyin hansi zavod ve ya sex terefinden bisirildiyini bilmek iki deqiqelik bir seydir. tapib o coreyi hemin coreyi bisiren zavod ve ya sexin mudurune mecbur sekilde yedirmek lazimdir ki basqalarina ders olsun.

    Cavab yaz
  • Anonim
    Baku · 15 Fevral 21:4800

    Men biwirirdim coreyi.isiq pulu qalxandan saxladim.ev coreyinden yoxdu

    Cavab yaz
    • Anonim
      sena · 15 Fevral 21:5320

      Eleklemiyib yogurublar xemiri iyrencler

      Cavab yaz
  • Anonim
    ... · 16 Fevral 11:0500

    Mende de corekden cixmishdi, amma Bakida zavod coreyinden. Artiq iki aydi yemirem.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.