Cəmiyyət

Dərsliklərdə növbəti biabırçılıq - VİDEO - FOTO

15 Fevral 2017 18:00
11 Şərh     Baxış: 6 514

Səhv məlumatlar müəllim və şagirdlərə problem yaradır.

Milli.Az ARB Şimal-a istinadən xəbər verir ki, şagirdlər dərsliklərdə olan səhvlərdən əziyyət çəkirlər. Lövhə qarşısında müəllim bir söz deyir, kitabda isə başqa məlumat yazılıb.

Arzu Yaqubova - 8-ci sinif şagirdi: "8-ci sinif kitabında səhifə 58-də qan damar sisteminin, ürəyin quruluşunun təsviri verilib. Burada biz bir deyil, daha çox səhvlərə rast gələ bilərik".

Sevil Nağıyeva uzun illərdir kimyadan dərs desə də, son 5 ildə bu problemlə rastlaşıb.

Sevil Nağıyeva - kimya müəllimi: "2009-cu il 8-ci sinif kimya dərsliyində səhv var. Orada atom çəkisi atom kütləsi ilə əvəz olunmalıdır".

Eyni problem digər fənlərdə də var. Mövzuların sonunda verilən sualların bəziləri mövzuya uyğun gəlmir. Yuxarı siniflərlə yanaşı, ibtidai sinif müəllimləri də dərsliklərdən narazıdırlar. 

Lalə Rəhmətullayeva - ibtidai sinif müəllimi: "Birinci yarımil bitib. Çoxrəqəmli ədədin nəinki çoxrəqəmli ədədə bölünməsi, 2 rəqəmli ədədə belə bölünməsi yoxdur materialda. Bu, nə deməkdir?"

Oğuz rayon sakini Ceyhun Əhmədov isə iş dəftərlərindəki yanlışlıqlardan şikayətçidir. 5 manat 50 qəpiyə aldığı vəsaitin 17 vərəqi çatmır. 

Ceyhun Əhmədov - valideyn: "Uşaq öyrənib gəlib. Bura çatanda görür ki, 80-ci səhifədən keçir 97-yə. Deyərsiniz ki, bu cırılıb, ya nə isə olub. Elə bir şey yoxdur. BurAdan da gəlir 112-yə kimi, sonra keçir 97-yə".

8-ci sinif biologiya dərsliyinin müəlliflərindən olan Nüşabə Məmmədova da kitabda səhvlərin olduğunu təsdiqləyir. 

Bu cür halların qarşısını almaq üçün yeni çap olunan dərsliklərə nəzarət artırılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dərsliklərdə növbəti biabırçılıq

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Sebr · 15 Fevral 18:0671

    Daha nə qaldı?!Bu uşaqlar yarım ili ancaa səhv öyrəniblər ki!

    Cavab yaz
  • Anonim
    Anonim · 15 Fevral 18:1251

    Hələ bundan da pis olacaq.

    Cavab yaz
  • Anonim
    Aynur · 15 Fevral 18:4121

    derslikler berbaddir.

    Cavab yaz
  • Anonim
    Men · 15 Fevral 18:4221

    Az qala her kes derslik yazir. Derslik muellifi olmaq ucun kriteriyalar nezere slinirmi?Alinirsa, niye veziyyet beledir? Hardasa kurs bitirib, bir nece gunluk ve ya ayliq....Bu esas verirmi derslik muellifi olmaga?

    Cavab yaz
  • Anonim
    ZEHRA · 15 Fevral 19:2021

    bile-bile Azerbaycan dilinden soyudurlar milleti, hami kutlevi olaraq rus bolmelerine kecsin deye. boyuk derddir, usaqlari savadsiz boyutmek isteyirler/ goresen hansi alcaqlar bunu eliyir?

    Cavab yaz
  • Anonim
    seva · 15 Fevral 19:2121

    10 sinif dersliyinde guya vulqar sozler oyredirler usaqlara dehsete gelidim soyusleri oxuyanda.hec yeridi men basa duse bilmirem bu ne cur ders vesaitidi biz usaqlara soyus terbiyesizlikdi demek olmaz deyirik bunlar usaqlara soyus dersi kecirler usaqlara ders qalib kenarda daha kitabda neler yazilacaq goren.....biz de ders oxumusuq kitab oxumusuq bu ne demekdi goresen bizim sonumuz hara gedir

    Cavab yaz
  • Anonim
    .... · 15 Fevral 19:5841

    Halal olsun bizim muelliflere.Usaqlarimizi indiden kor pesman edirler.Daha ne deyesen bu milleti kor qoyanlara....

    Cavab yaz
  • Anonim
    @ · 15 Fevral 21:0410

    Evvelki illerde derslik muzakirelerine gedib sehvleri regional olaraq muellife deyirdik.sehvleri qeyde alib kitablarda duzeldirdik.indi by ilden oda yigisdirildi.

    Cavab yaz
  • Anonim
    Arzu · 15 Fevral 22:2510

    Edebiyyatdan kecilen sair ve yazicilari tarix kitabina saliblar.usaqlar taxden yazicilarin heyatini kecirler.tarixide Az.diline saliblar(5-cisinifler ucun derslikler)usaqlarin basini tamam qarma-qarisiq edibler I

    Cavab yaz
  • Anonim
    gendərəli · 16 Fevral 09:3910

    Bütün bu səhvlər,çatışmamazlıqlar təhsilimizin səviyyəsinin göstəricisidir. 10-15 ildən sonra heç bu cür dərslikləri də tapa bilməyəcəyik .İctimaiyyət içində olanda ,gənclərin dialoq və söhbətlərini eşidəndə bu qənaətə gəlmək olar. Adi sualların cavabını tapa bilməyən 3-4 -cü kurs tələbəsi,yəni sabahın müəllimi övladlarımıza hansı savadı verəcəklər. Bizdə sosial şəbəkələrdə olmaq epidemiya halını alıb ki,bu çox pisdir.

    Cavab yaz
  • Anonim
    Nərmin · 16 Fevral 19:4600

    Biologiyaya nifret edirem 6-ci sinifde oxuyuram

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.