Cəmiyyət

Sürücülərə xəbərdarlıq - şaxtalı hava yolları iflic etdi - VİDEO - FOTO

14 Fevral 2017 20:20
1 Şərh     Baxış: 3 851

Dünən gecə saatlarında Şəkidə yolların buz bağlaması hərəkəti çətinləşdirib.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, avtomobillər üçün yollar keçilməz olub. Bəzi ərazilərdə sərnişindaşıyan avtobusların buz üstündə idarəetməni çətinliklə qoruması həyəcana səbəb olub. Evinə sağ-salamat çatmaq üçün insanların ümidi duaya qalıb. Ancaq daha xoşagəlməz vəziyyət Təcili təxirə salınmaz tibbi yardım stansiyasının həkimlərinin bəzi çağırışlara çıxa bilməməsi olub. Çünki buzlu yollar təcili olaraq yardıma çatan bu insanların özlərini təcili yardıma möhtac edə bilər. Stansiyadan bildirildi ki, yolların buz bağlaması və avtomobillərin təkərlərinin rezin olmaması onların çağırışa getməsinə əngəl olur.

Səhər saatlarına doğru Yol idarəsi və kommunal təsərrüfat istehsal birliyi tərəfindən yola qum-duz qarışığı səpilib. Hazırda mərkəzi küçələr işlək vəziyyətdədir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sürücülərə xəbərdarlıq - şaxtalı hava yolları iflic etdi - FOTO

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    N · 14 Fevral 22:5900

    Nə olsun yol buz bağlayıb. Piyada gedin xəstənin ayağına.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.