Cəmiyyət

Darvin nəzəriyyəsi nə haqdadır?

11 Fevral 2017 19:50
16 Şərh     Baxış: 2 390

Bu nəzəriyyənin tərəfdarları həyatın yaranmasını izah etmək istəmişlər və onların görüşləri insanlar arasında geniş yayılmışdır. Bu nəzəriyyəni həqiqət kimi qəbul edən bir çox təmiz niyyətli insanlar onun geniş yayılmasına böyük təkan vermişlər. Habelə öz maraqlarına xidmət etdiyinə görə onu pis niyyətlə yayanlar da olmuşdur. Bu nəzəriyyə insanın yaradılışını vəsf edən dini təlimləri inkar edir və onun sayəsində din əleyhdarları öz mövqelərini elmi metodlarla əsaslandıraraq insanları zəlalətə sürükləməyə çalışırlar.

Bu nəzəriyyə nə haqdadır?

Milli.Az zikr.az-a istinadən bildirir ki, Darvinin nəzəriyyəsinə əsasən bütün canlılar sudan əmələ gələn ibtidai orqanizmlərdən yaranmışlar. Onlar ətraf mühitdəki amillərin təsiri ilə dəyişərək yeni xüsusiyyətləri irsən qazanır. Milyon illər ötüb keçdikdə ətraf mühitin təsiri ilə qazanılan primitiv xüsusiyyətlərin toplusu ibtidai orqanizmlərin daha çox inkişaf edən həyat formalarına çevrilməsinə imkan verən çoxlu sayda mürəkkəb xüsusiyyətlərin yaranmasına gətirib çıxartdı. Bu təkamül insanın yaranmasına qədər davam etmişdir. Bu nəzəriyyənin əsasları 1. Bu nəzəriyyə Darvinin zamanında aparılan arxeoloji qazıntıların nəticələrinə söykənir. Aşkar olunmuşdur ki, ibtidai həyat formalarının qalıqları yerin daha dərin qatlarında, daha çox inkişaf etmiş orqanizmlərin qalıqları isə yuxarı qatlarda yerləşir. Darvin hesab edirdi ki, çox inkişaf edən heyvanlar erkən dövrün ibtidai heyvanlarının təkamülü nəticəsində meydana gəlmişdir. 2. Həmçinin, bu nəzəriyyə Darvinin zamanında məşhur olan inkişafın erkən mərhələrində heyvanların embrionlarının oxşarlığını əsas gətirir.

Elə təsəvvür yaradılırdı ki, bütün canlı varlıqların ümumi yaradılışı vardır və eyni görünüşə malik olan müxtəlif heyvanların embrionları bətnlərdə inkişaf edərək görünüşlərini dəyişdikləri kimi bütün canlılar da yer kürəsində beləcə təkamül etmişlər. 3. Həmçinin, bu nəzəriyyə insanda kor bağırsağın qurdabənzər çıxıntısının mövcud olmasını əsas gətirir. Kor bağırsaq heyvanlarda bitki qidalarının həzminə yardım edir, lakin insan orqanizmində heç bir funksiya daşımır. Elə təsəvvür yaradılırdı ki, meymunların orqanizmində öz funksiyalarını yerinə yetirən kor bağırsaq bu heyvanlardan qalan və insanda inkişaf etməyən rudimentdir (bədəndə inkişaf etməmiş ibtidai orqan).

Bu nəzəriyyənin yalan olmasının sübutu Arxeologiya dəqiq elm hesab olunmur və heç vaxt, heç kəs dağların və dənizlərin altı daxil olmaqla yerin bütün təbəqələrində qazıntı aparmamışdır. Belə ki, əgər arxeoloji qazıntıların doğru olduğunu fərz etsək, yerin daha dərin qatlarında ibtidai həyat formalarının qalıqlarının aşkar edilməsi ali orqanizmlərin ibtidai orqanizmlərdən yaranmasını yenə də sübut etmir. Bu ancaq ona dəlalət edir ki, ibtidai həyat formaları ali həyat formalarından qabaq mövcud olmuşdur. Əgər Darvinin zamanında aparılan qazıntılar insanın yaranmasının 600 min illik tarixə malik olduğunu göstərirdisə, arxeologiya sahəsində müasir kəşflərə əsasən insanın yaranma tarixi 10 milyon ilə bərabərdir. Məgər bu kəşf arxeoloji tədqiqatların nəticələrinin dəyişkən olduğunu, bütünlüklə onlara arxalanmağın əsassız olduğunu və gələcəkdə bizim gözlədiyimizin tam əksinə ola biləcək yeni kəşflərin meydana gəlməsini təsdiq etmirmi? Klayd Klakxonun "Man in the Mirror" (Aynadakı insan) adlı kitabını şərh edərkən doktor Mustafa Şakir Səlim yazır ki, neondertalın beyni müasir insanın beynindən daha böyükdür və onun kəllə sümüyü iridir. Bundan əlavə paleontoloqların quraşdırmaq istədikləri təkamül zənciri qırılır və orada "çatışmayan bəndlər" vardır.

Doktor Həlim Atiyyə Suriyal "Təsaddu məzhəb Darvin vəl-isbət əl-ilmi li-aqidə əl-xalq" (Darvin nəzəriyyəsinin və yaradılış haqqında təlimin elmi əsaslarının süqutu) adlı kitabında yazmışdır: 1. Təkamül zəncirində çatışmayan bəndlər təkcə insanla ibtidai həyat formaları arasında deyil, həmçinin, təkhüceyrəli və çoxhüceyrəli orqanizmlər, mollyusk və buğumayaqlılar arasında, onurğasızlarla balıqlar və ikihəyatlılar arasında, ikihəyatlılarla sürünənlər və quşlar arasında, sürünənlərlə insanaoxşarlılar arasında da mövcuddur. Mən onları geoloji dövrlərdə yaranma ardıcıllığı ilə qeyd etdim. 2. Bu nəzəriyyənin heyvanların embrionlarının oxşarlığını əsas tutması bəzi alimlərin böyük səhvidir.

Bunun səbəbi odur ki, həmin dövrdə müxtəlif növlərin embrionlarının quruluşu və inkişafı arasındakı fərqləri görməyə imkan verən nəhəng mikroskoplar olmamışdır. Bundan başqa embrionların rəsmlərini tutuşduran alman alimi Ernst Qekkel saxtakarlığa yol vermişdir. Alim-embrioloqlar onu tənqid etdikdə o, tamamlanmadığına görə əldə etdiyi rəsmlərin arasında oxşarlığa nail olmaq üçün səkkiz faiz rəsmlərə düzəliş verdiyini etiraf etmişdir. 3. İnsanda kor bağırsağın qurdabənzər çıxıntısı da, həmçinin, insanla meymun arasındakı oxşarlığı sübut etmir.

Elmi kəşflər gündən günə yenilənərəq artır, lakin elm erkək fillərdə və insanlarda məməciklərin mövcud olduğunu, erkək təkdırnaqlı heyvanlarda isə olmadığını izah edə bilmir. Əgər hermofroditizm ibtidai orqanizmlər üçün, cinsiyyətli yolla çoxalma isə ali orqanizmlər üçün xarakterik xüsusiyyətdirsə və əgər məməciklər dişilərə xasdırsa, Darvinin insanın sadə orqanizmlərdən təkamül nəticəsində yaranması düzdürsə, onda nəyə görə hermofroditizmin əlamətləri insanda qorunaraq qalmış, az inkişaf edən heyvanlarda isə yox olmuşdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

16 Şərh:

  • Anonim
    mən · 11 Fevral 20:11613

    Allah məni bağışla! Darvinin özü meymuna oxşadığından,yəqin bu qənaətə gəlib.

    Cavab yaz
    • Anonim
      .. · 11 Fevral 20:1752

      tocno

      Cavab yaz
    • Anonim
      M · 11 Fevral 20:3028

      Get özüvə güzgüdə bax

      Cavab yaz
  • Anonim
    Muherrem · 11 Fevral 20:24411

    Əziz qardaş salamun əleykum . İnan Allaha şəkilə baxıb girdim şərh yerinə ki o sözləri mən yazım gördüm sən yazmısan )))) həqiqətən duz deyirsən özü oxşayır deyə o fikirə gəlib 100℅.

    Cavab yaz
    • Anonim
      MÖMİN · 12 Fevral 10:3312

      Mühərrəm hədislərə görə insanlar bu dünyada necə yaşayıblar fəlsəfələri necə olub o cürdə ALLAH qarşısında düracaqlar. yəni darvinin meymuna oxşaması sizə qəribə gəlməsin. darvinim deyirki hüceydələr mutasiya yolu ilə artıb. AMMA BİOLOQLAR mutasiyala 100 dən 99 u boş biri isə şikəst dağınıq bi varlıq yaradır. yəni inanmayanlar öyrənsinlər

      Cavab yaz
  • Anonim
    N▪ · 11 Fevral 20:5120

    Keçən səhifədə bu Darvinin mömzusu milləti bir-birinə düşmən etdi. Axşam axşam yenə Milli. Azın yadına düşdü bu.

    Cavab yaz
  • Anonim
    SPARTALI · 11 Fevral 21:0931

    deyesen darvinin yaxin qohumu burdadi werhleri beyenmir

    Cavab yaz
  • Anonim
    M · 11 Fevral 21:2402

    20:30-da yazan men deylem,xahiş edirem kimsense provakasiya eleme.eger yenisense xeberin yoxsa zerel yoxdu.bilirem bezilerinin marağı var menim nikimi pis hallandırmağa.amma yenede o nikle yazmağa davam elesen vecime deyil ne yazırsan yaz.

    Cavab yaz
  • Anonim
    Xanum · 12 Fevral 10:1302

    Dsrvin yaziq takamulu subut edib. O deyib ki, har bir inkiwaf taksmuldan kecir. Burada na qabahat bir uw olub. Duz deyib. Inkiwafin yolu takamuldan kecir. Takmillawma olmasa inkiwafda olmaz

    Cavab yaz
    • Anonim
      MÖMİN · 12 Fevral 11:2022

      ƏSLİNDƏ allah YARADILIŞDA HƏR ŞEYİ BİRDƏN VAR EDİB sadəcə insan yeni-yeni bu yaradılışı kəşf edir. və insana elə gəlir ki bu inkişafdır. QURANİ KERİMDƏ ayətdə ALLAH deyir= ey ins və cinn hünəriniz varsa hüdüdlarımdan çıxın elminizlə çıxa bilərsiz= insan elm öyrənir və bu elmin nəticəsində yaradılışda var olan nəyi isə görür yəni kəşf edir. bu bizə inkişaf kimi gəlir.

      Cavab yaz
  • Anonim
    MÖMİN · 12 Fevral 10:2622

    darvinizim şeytanın ona uyan axmaqlara söylədiyi bir nağıldır. yəni bir insan deyəndə ki məni necə ALLAH yaratmaya bilər. cavabında darvinizmi göstərirlər. ozüdə ilkin mərhələdə bunu belə izah edirləri bəzəyib düzəyib. hələ bunun arxasını demirlər. darvinizimin ikinci mərhələsində artıq ona tam inanıb ona uyan səfehlərə deyilirki ən ali irq avropalılardır asyalılar afrikalılar başqaları ara- kecid formuludur yəni meymundan tam insan ola bilməyiblər. və ancaq güclü olanlar həyatda yaşa bilər. ona görədə güclülər zəifləri birqismini öldürməli bir qsmini qul etmətli və ölənədək işlətməlidirlər. şükəst doğulanlar isə həmin an öldürülməlidir.bunu da 1936 ildən sonra almanyada hitler həyata keçirməyə başladı. özünə hörmət edən hər bir insana darvinizm bir təhqirdir. QURANİ - KERİM AYƏTDƏ DEYİR= biz haqqı batilin başında elə fərladarıq o da onun beynini darma-dağın edər= İNŞALLAh.

    Cavab yaz
  • Anonim
    bakili anar · 12 Fevral 10:3931

    kafirlerin weyxidi de

    Cavab yaz
  • Anonim
    Muherrem · 12 Fevral 10:5711

    10:33- Bəli Mömin hərə öz zatına qayıdacag mütləq.

    Cavab yaz
  • Anonim
    momin-e · 12 Fevral 16:3713

    momin nagıl danıshma.Ozune hormet qoyan,ozunu tanıyan insan hec vaxt dindar ola bilmez.

    Cavab yaz
  • Anonim
    Ne olubdu · 12 Fevral 16:4122

    ki o şekile beyenmirsiz,nurani yaşlı adamdı da oturub orda.nedi beyem saqqalı dizine deyen qızıldiş mollalardan da eybecerdi beyem Darvin?

    Cavab yaz
  • Anonim
    ))) · 13 Fevral 09:3011

    Hansisa jurnalistin elmi nezeriyye haqqinda bele rey vermesi sadece gulmelidir. Tekamul nezeriyyesi Darvinle bitmir, her il inkisaf edib genislenib ve hazirda butun elm alemi terefinden tesdiq olunaraq dunyanin en yaxsi universitetlerinde tedris olunur. Biologiyadan paleantologiyadan anlamayan insanlarin elmi nezeriyyeni curutmesi yel deyirmanlari ile savasmaq kimi bir seydir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.