Cəmiyyət

Sürücüləri təhlükəyə atan təhlükəsizlik adacığı

9 Fevral 2017 20:23
1 Şərh     Baxış: 7 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bir yoldakı təhlükəsizlik adacığı sürücülərin hərəkətini nizamlamaq əvəzinə daha da çətinləşdirir. Sürücülər ya qaydanı pozaraq adacığı tapdalamalı, ya da sağdakı nəqliyyat vasitəsinin yoluna çıxaraq qəza şəraiti yaratmalı olurlar. Ekspertlər isə problemin səbəbi kimi adacığın ölçüsünün böyük olmasını göstərirlər. Sürücülər düzünə hərəkət etdikdə cərimələnirlər, sağa meyl etdikdə isə digər nəqliyyat vasitələrinə mane olurlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  söhbət paytaxtın Mehdi Hüseyn və Teymur Elçin küçələrinin kəsişməsindən gedir. Həmin ərazidə yerləşən təhlükəsizlik adacığı sürücülərin hərəkətini nizamlamaqəvəzinə daha da çətinləşdirir.

Mehdi Hüseyn küçəsindən Şəhidlər Xiyabanı istiqamətində hərəkət üçün yolda 3 zolaq var. Sağ və orta zolaqda düzünə hərəkət, sol zolaqda isə ancaq sola hərəkət təşkil olunub. Lakin orta zolaqdan düzünə hərəkət edənlərin trayektoriyası təhlükəsizlik adacığı ilə toqquşduğu üçün sürücülərə bir başa təhlükə yaranır. Ya sürücü düzünə hərəkət edərək təhlükəsizlik adacığını tapdalayır, ya da hərəkətin intensiv olduğu həmin yerdə sağdakı nəqliyyat vasitələrinin yoluna çıxaraq onlara maneə yaradır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, təhlükəsizlik adacığını tapdalayan sürücüləri cərimə gözləyir.

Ekspert deyir ki, adacığı kiçiltməklə məsələni həll etmək olar.

Ərşad Hüseynov bildirir ki, hazırki vəziyyətdə adacığı tapdalayan sürücülərin cərimələnməsi düzgün deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.