Cəmiyyət

Günün qoroskopu: kiçik problemlərə ifrat önəm verməyin

19 Fevral 2017 00:01
102 Şərh     Baxış: 12 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - çətin və qarışıq gün olacaq. Uğura nail olmaq mümkündür, lakin bunun üçün ciddi səylərə ehtiyac var. Etibarlı müttəfiqlərdən yardım istəməkdən çəkinməyin.

Buğa - tanışlar məhz ən ciddi anda köməyinizə gələcək və sizə kömək edəcəklər. Kiçik problemlərə ifrat önəm verməyin. Həmin müşküllərin hamısını çözmək olar.

Əkizlər - böyük miqyaslı işi nəzərdə tutan razılaşma və ya anlaşma üçün müvafiq gün deyil. Maliyyə ilə bağlı məsələlərdə ehtiyatlı olun.

Xərçəng - yaşam tonusu aşağı düşəcək. Adi günlərlə müqayisədə daha çox yorulacaqsınız. Axşam saatlarında istirahət edin.

Şir - uzunmüddətli nəticələri ola biləcək məsuliyyətli qərar və addımlar günüdür. Bəzən sevmədiyiniz işi görməli olacaqsınız. Amma iradəli olun, fantaziyanı işə salın və görməli olduğunuz işi başa vurun.

Qız - maliyyə, vergi, sığorta, əmlakla bağlı məsələləri həll etmək olar. İşdə və şəxsi münasibətlərdə eksperimentlər üçün uğurlu güdür.

Tərəzi - yeniliklər düşərlidir. Romantik təmaslar pis alınmır. Şəraitin və yaşam ortamının dəyişməsi sevdiyiniz insanla münasibətlərə yaxşı təsir edəcək.

Əqrəb - istənilən mühüm, hətta ən mürəkkəb işlər üçün əlverişli vaxtdır. Təşəbbüskar olun. Planlarınız tezliklə dəstək alacaq.

Oxatan - bu gün reallaşdıra biləcəyiniz ideyalar mütləq gəlir verəcək. Vaxtınızı boş işlərə sərf etməyin.

Oğlaq - narahatlıq və nigaranlıq üçün səbəblər yarancaq. Problemlər ciddi olsa da, fikriniz dağılacaq. Sakitləşmək və bütün diqqəti işlərə yönəltmək asan olmayacaq. Bir çox məsələlər həlli tapmadığından gərginlik arta bilər.

Dolça - yaxın ətrafınızdakı insanların xahiş və istəklərini cavabsız qoymayın. Sizə dəyərli olan insanla ümumi dil tapın. Yaradıcı layihəyə başlamaq olar.

Balıqlar - süst olmasanız, məqsədə çatmaq, planların bəzilərini gerçəkləşdirmək olar. Günün ikinci yarısı ünsiyyət və yeni tanışlıqlar üçün əlverişli vaxtdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.