Cəmiyyət

İmişlidə qızıl oğurluğunda şübhəli bilinən tutuldu

24 Yanvar 2017 23:58
0 Şərh     Baxış: 2 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişli şəhərində qızıl mağazasını qarət edərək küllü miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxslərdən daha biri nəfəri saxlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, oğurluq hadisəsi 2016-cı ilin noyabr ayında baş verib.
Gecə saat 02:00 radələrində İmişli şəhərinin Qadir İsmayılzadə küçəsində yerləşən Aydın Həzi oğlu Əliyevin icarə əsasında işlətdiyi qızıl mağazası naməlum şəxslər tərəfindən yarılıb. Hadisə zamanı zərərçəkmiş şəxsin 3 kiloqramlıq qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı dərhal cinayət-axtarış işləri başlanılıb. Çox keçmədən cinayəti törətməkdə təqsirli bilinən şəxs - İmişli rayon Şahverdili kənd sakini, 25 yaşlı İsmayıl Eldar oğlu Əmirov saxlanılıb. Məlum olub ki, İsmayıl Əmirov həmkəndlisi, 25 yaşlı Farid Niyaməddin oğlu İbrahimovla qabaqcadan əlbir olaraq adı çəkilən mağazanın tavan hissəsini sındırmaqla ümumi çəkisi 3 kiloqram olan qızıl-zinət əşyası oğurlayıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Farid İbrahimov da saxlanılıb. İsmayıl Əmirovun həyətinə baxış keçirilən zaman oğurlanmış qızıllardan 1 kq 488 qram, Farid İbrahimovdan isə 104 qram qızıl-zinət əşyası maddi sübut kimi götürülüb.
Hadisəni törətməkdə təqsirli bilinən şəxslər əməllərini etiraf edərək peşman olduqlarını bildiriblər.
Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq işləri davam etdirilir. Həmin şəxslərin digər cinayət əməllərinin olub-olmaması araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.