Cəmiyyət

Diş məcunu və saqqız xərçəng xəstəliyi yarada bilər

24 Yanvar 2017 22:18
5 Şərh     Baxış: 1 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa və Lüksemburq qastroenteroloqları diş məcunları və saqqızların tərkibində də olan E171 qida boyasının (dioksid titan) təhlükəli olduğunu bildirirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, elmi araşdırma "Scientific Reports" jurnalında dərc olunub.

Alimlərin qənaətincə, dioksid titan xərçəng xəstəliyinin inkişafına səbəb ola bilər.

Qeyd edək ki, E171 birləşməsi qidada ağardıcı qismində istifadə olunur. Bu boyaya əsasən şirniyyat, peçenye, saqqız, həmçinin diş məcunları və Günəş şüalarından qoruyan kremlərdə rast gəlmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.