Cəmiyyət

Sevib evləndilər, amma təhdid altında yaşayırlar - Onları yalnız qızın atası xilas edə bilər - VİDEO

24 Yanvar 2017 21:21
38 Şərh     Baxış: 10 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Valideynlərinin başqasına ərə vermək istədiyi üçün öz istədiyi oğlana qoşulub qaçan 23 yaşlı qız Xəzər TV-yə üz tutdu.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Günay Məmmədova qaçırılmadığını və öz arzusu ilə Elnur Əhmədovla evlənmək istədiyini dedi.

Ancaq təhdidlər gəncləri qorxutmur və nə olursa olsun sevgiləri üçün mübarizə aparacaqlarını deyirlər.

Onların müraciətini eşidib Xəzər TV-yə üz tutan Günayın valideynləri və yaxınları ilə də danışmaq istədik. Ancaq bizi görən kimi uzaqlaşdılar.

Amma valideynlərinin Günayı nişanladıqları Aqşin adlı gəncin qohumları məsələyə münasibət bildirdilər. Aqşinin bibisi qızı kimi özünü təqdim edən xanım Günayın onun qohumu ilə 4 il nişanlı qaldığını və heç nəyə məcbur edilmədiyini dedi.

Bununla belə,  artıq onlar Günayı qəbul etmək istəmirlər. Onları məyus edən isə toy hazırlıqları zamanı qəfildən belə bir addımın atılmasıdır.

Gənclər isə hələ də həyatlarının təhlükədə olduğunu və rahat yaşaya bilmədikləri üçün narahatdırlar. Onları yalnız Günayın atasının razılığı sakitləşdirə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sevgi iki gəncin başına bəla olub - Onları yalnız qızın atası xilas edə bilər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.