Cəmiyyət

Məktəbin girişində qəssabxana - Heyvanlar uşaqların gözü qarşısında kəsilir

24 Yanvar 2017 21:07
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşayış binası və uşaqların mütəmadi gəldiyi Texniki Yaradcılıq Mərkəzinin girişində qəssabxana fəaliyyət göstərir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtın Xudu Məmmədov küçəsi, 39 saylı binanın girişindən gedir. Binada yaşayan və ya Yaradıcılıq Mərkəzinə gələn uşaqlar səhər gözlərinin qarşısında heyvan kəsildiyini, bunun isə onlara pis təsir etdiyini deyirlər.

Kəsilən heyvanın içalatı ətrafa səpələndiyi üçün həyətə küçə itləri dadanıb. Bu isə uşaqların çox olduğu ərazidə ciddi təhlükədir.

Sakinlər iddia edir ki, bir sahibkar ərazidəki tut ağacını kəsərək yerində qəssəbxana və ona bitişik market tikib. Bununla da binanın həyətinə girişi də bağlayıb.

Obyektlərin sahibini axtarmaq üçün marketə daxil olduq. İşçilər isə öz rəhbərlərinin müdafiəsinə qalxaraq sakinləri paxıllıqda günahlandırdılar.

Çox keçmədi ki, sahibkar gəldi, amma necə...

Yəqin ki, aidiyyatı qurumlar həm sahibkara, həm də bu vəziyyətə bir ad qoyarlar.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qanuna  görə  heyvanların kəsimi açıq şəraitdə və insanların gözü qarşısında  həyata keçirilə bilməz. Belə şəxsləri 200-300 manat arasında cərimə  gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.