Cəmiyyət

Bakıda evə basqın edərək 84 yaşlı qadını döyənlər tutuldu

24 Yanvar 2017 21:04
2 Şərh     Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Plastik qapı-pəncərə işi ilə məşğul olan şəxsin evinə basqın ediblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. 84 yaşlı qəsəbə sakini Bilqeys Qafarova qonşuların köməyi ilə polisə xəbər verib ki, iki nəfər tanımadığı şəxs onu evində döyərək barmağından qızıl üzüyü aparıblar.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan rayon polis idarəsinin əməkdşları çox çəkməyib ki, quldurluqda şübhəli kimi Bərdə rayon sakinləri 23 yaşlı Rüfət Rəhimov və 22 yaşlı Zamin Muradovu saxlayıb. Ilkin istintaq hərəkətləri zamanı məlum olub ki, saxlanılan Rüfət Rəhimov qadının oğlunu bir neçə ildir plastik qapı pəncərə işi ilə məşğul olan kimi tanıyıb. Evdə küllü miqdarda pulun olması barədə Rüfət tanışı qəssab işləyən Zamin  Muradova məlumat verib. Plana əsasən Rüfət bayırda ətrafa nəzarət edib. Zamin isə evə daxil olub.

Zamin Müradovun sözlərinə görə, oradan cəmi 50 manat tapa bilib. O, eyni zamanda huşu itmiş Bilqeyis Qafarovanın əlindəki üzüyü də götürərək Rüfət Rəhimovla birlikdə oranı tərk edib.

Saxlanılan şəxslərin ifadələrindən fərqli olaraq, zərərçəkən evindən 2400 manat pul və 6 min manat dəyərində qızıl-zinət əşyalarının götürüldüyünü iddia edir. Faktla bağlı Binəqədi rayon polis idarəsində başlanan cinayət işi üzrə, istintaq davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.