Cəmiyyət

Bakıda 400 min manata işlənmiş maşınlar satılır - VİDEO

23 Yanvar 2017 22:59
2 Şərh     Baxış: 8 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yerləşən avtosalonlarda qiyməti 250, 300 və 400  min manat olan işlənmiş avtomobillər satılır.

Bu avtomobillər 2-ci əl olsa da təzəsindən fərqlənmir. Hazırda paytaxtdakı bir çox avtosalonda qiyməti 200 min manatdan yuxarı olan avtomobilləri görmək olur.

Satıcılar bildirir ki, indi əsas təlabat görünüşü yaxşı,  amma qiyməti aşağı olan avtomobillərədir. 

Avtosalonlardan bildirilir ki, dollar manat qarşısında dəyər qazandıqca bu avtomobillərin qiyməti də yüksəlir. Belə bahalı maşınlar əvvəllər xaricdən tez-tez gətirilsə də, indi əsasən ölkədəki avtomobillər satılır. 

Avtosalonlar son dövrlər belə bahalı maşınlara əsasən xarici ölkələrdən maraq göstərildiyini bildirir. Bunun səbəbi maşınların dollar dəyərinin aşağı olmasıdır.

Hazırda paytaxtda hətta yarım milyon manat dəyərində olan avtomobillərdə satılır ki, belə avtomobillərin sahibləri onların açıq satışından çəkinirlər.

Milli.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda 400 min manata işlənmiş maşınlar satılır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.