Cəmiyyət

Gələcəkdə maddi yardımların həcmi və əhatə dairəsi genişlənəcək

23 Yanvar 2017 21:33
Baxış: 3 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda hər bir məcburi köçkün və ona bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyənləşdirilib. Əvvəlki kommunal xərclər və çörək pulu ayırmaları hər bir nəfər üçün ayda 36 manat məbləğində ödənişlə əvəz edilib. Bu yenilik hər hansı bir bürokratik əngəl olmadan, arayış tələb edilmədən maddi yardımın göstərilən kateqoriyadan olan insanlarım birbaşa hesabına köçürülməsi ilə həyata keçiriləcək. 

Bunu Milli.Az-a Milli Məclisin komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, bu həmin şəxslərin sosial vəziyyətini xeyli yaxşılaşdıracaq:

"Nəzərə alsaq ki, bu müavinət ailənin hər bir üzvünə verilir, o zaman demək olar ki, ailəyə əsaslı maddi yardım olacaq. Gələcəkdə dövlətin iqtisadi qüdrəti artdıqca, bu yardımın həcmi və əhatə dairəsi genişlənəcək. Bu cür ödəniş mexanizminin tətbiqi eyni zamanda məcburi köçkünlərə öz ailə büdcələrini daha səmərəli idarə etməyə imkan verəcək".

Qeyd edək ki, prezident İlham Əliyev Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. 

Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Bundan əlavə, Dövlət Neft Şirkəti, "Azərişıq" və "Azərsu" Açıq Səhmdar Cəmiyyətlərinə tapşırılıb ki, məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etsin.

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.