Cəmiyyət

Günün qoroskopu: görüləsi işlərin sayını artırmayın

4 Fevral 2017 00:01
118 Şərh     Baxış: 13 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - qayda yaradılması, durumun nizama salınması üçün vaxt tapın. Görüləsi işlərin sayını artırmayın.

Buğa - gərgin dövrün başa çatmasını təmkinlə gözləyin, alınan məlumatı tələsmədən təhlil edin. Evlə bağlı işlər və ya yaxınlarınızdan birinə yardım diqqətinizlə qüvvənizin bir hissəsini ala bilər.

Əkizlər - Triton və Fobosun münasibətləri bu gün eşidəcəyiniz hər sözə inanmamağınızı istəyir. Bəzi fəaliyyət və əməllərin nəticələri indi ehtimal etdiyinizdən fərqli ola bilər.

Xərçəng - qayğıya ehtiyac duyan insana mütləq yardım edin. Ailə üzvlərinizi diqqətsiz qoymayın.

Şir - enerjinizin bir qismini yaşam məkanınızın nizama salınmasına sərf edin. Gərəksiz hisslər, köhnə yaşantılar, lazımsız insanlardan izaf olun.

Qız - çətinliklər yaranarsa, konstruktiv çıxış yolu tapmağa çalışın. Nəyisə dərhal yoluna qoymaq mümkündürsə, problemin həllini uzatmayın və ya təxirə salmayın.

Tərəzi - Umbriel və Arielin münasibətləri hadisələrin axarına müdaxilə olunmamasını tələb edir. Səhər saatlarından başlayaraq cari işləri yerinə yetirin. Açıq çalışın, heç nəyi gizlətməyin. Əks təqdirdə dolaşıq işlərdə özünüz dolaşa bilərsiniz.

Əqrəb - sağlam həyat tərzini seçin. Əgər hansısa xroniki ağrılar güclənərsə, mütləq şəkildə həkimə müraciət edin.

Oxatan - faydalı adətlərinizi və buna rəvac verə biləcək əlaqələrinizi bərpa edin. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Oğlaq - Amalteya və Qanimedin münasibətləri bu gün işlərdə ətaləti yolverilməz edir. Cari məsələlərin həlli ilə məşğul olun. Yetərincə yeknəsək və başa çatanda sizdə razılıq hissi yaradacaq məşğuliyyət tapın.

Dolça - hissiyat güclənir, intuisiyanın miqyası genişlənir. Şəxsi məsələlər ön plana çıxır. Sevdiyiniz insanla söhbət həyəcanlı ola bilər. Amma təcili nəticələr, xüsusilə də müəyyənlik gözləməyin.

Balıqlar - sizdə narahatlıq yaradan məsələləri gizlətməyin, deyin və mövqelərin yaxınlaşmasına səbəb ola biləcək həll yolları tapın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.