Cəmiyyət

Sklerokistoz yumurtalıqlar sindromu

24 Yanvar 2017 23:55
0 Şərh     Baxış: 5 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yumurtalıqlarda hormonların biosintezinin pozulması və nəticədə orqanizmdə androgenlərin miqdarının çoxalması ilə xarakterizə olunur.Xəstəlik aşağıdakılarla xarakterizə oplunur:
- zülal qatının nazilməsi
- çoxlu miqdarda kistoz-atreziya olunan follikulların olması
- ovulyasiyanın olmaması
Milli.Az immunitet.az-a istinadən bildirir ki, sklerokistoz yumurtalıqlar sindromu zamanı uşaqlıq amenoreyası ilə əlaqədar ola bilir.Uşaqlıq amenoreyasının baş vermə səbəbləri arasında endometriyanın keçirilmiş vərəmi,zülal qatının nazilməsi ,həm də müxtəlif prosedurlardan sonra uşaqlığa yodun daxil edilməsi ola bilir.
Xəstəliyə diaqnozun qoyulmasında aybaşı funksiyasının pozulmasının əmələ gəlmə səbəbləri,obyektiv müayinə və xəstəliyin kliniki müayinəsi xüsusi əhəmiyyətə malikdir.Diaqnozun təsdiqlənməsində USM-in müayinəsi,rentgenpelvioqrafiya,laporoskopiya tətbiq edilir.
Sklerokistoz yumurtalıqlar sindromunun müalicəsi birbaşa və dolayı ovulyasiya stimulyatorlarının təyinindən ibarətdir.Müalicə zamanı antibiotiklərdən,hormonlardan və biostimulyatorlardan istifadə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.