Cəmiyyət

Bazu, kürək və üz əzələlərinin atrofiyası - diaqnoz və müalicə

24 Yanvar 2017 21:50
0 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əzələ atrofiyasının bu forması 10-20 yaşlı gənclərdə baş verir.Bu zaman əzələ zəifliyi və atrofiyalar üzün mimik əzələlərində,kürəklərdə,çiyinlərdə baş verir və üz hipomimik vəziyyət alır.Atrofiyanın bu formasında "cilalanmış" alın və "köndələn"təbəssüm,geri qatlanmış dodaq simptomu səciyyəvidir.Əzələ distrofiyasının bu forması zamanı aşağıdakı əzələlərdə skolioz əlamətləri meydana gəlir:
- bazunun ikibaşlı və üçbaşlı əzələlərində
- böyük döş əzələlərində
- trapesiyaşəkilli əzələlərdə
- geniş kürəkaltı əzələlərdə
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bəzən atrofiyalar ayaq əzələlərinə yayılır,baldır əzələlərində yalançı hiperemiyalar meydana gəlir,vətər refleksləri aşağı düşür.
Xəstəliyin inkişafı ləng gedir,xəstələr uzun müddət əmək qabiliyyətələrini itirmirlər.
Xəstəliyə diaqnozun qoyulmasında genealoji araşdırma və xəstəliyin klinikasının xüsusiyyətləri əsas götürülür.
Müalicə uzun illər davam etdirilməsinə baxmayaraq əzələlərin atrofiyalaşmasının qarşısını almaq olmur.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.